“Maqnistski siyahısı”na cavab olaraq amerikalılara rusiyalı uşaqların övladlığa verilməsini qadağan edən qanunu qəbul edilib
gundemxeber.az Rusiya Federasiya Şurası ABŞ-ın bu ölkəyə qarşı qəbul etdiyi “Maqnistski siyahısı”na cavab olaraq amerikalılara rusiyalı uşaqların övladlığa verilməsini qadağan edən qanunu qəbul edib. Bu səhər Rusiya Federasiya Şurasının qarşısında qəbul edilən qanunun əleyhidarları və dəstəkləyiciləri bir sıra piketlər keçirib. Eyni zamanda Rusiya Dövlət Duması da bundan öncə üçüncü oxunuşda müvafiq qanunu qəbul edib. Rusiya prezidenti İnsan Haqları Şurası Federasiya Şurasına özünün yekun rəyini göndərərək bildirib ki, qanun layihəsi Konstitusiyaya ziddir və yenidən işlənməyə ehtiyacı var. İndi qanunun qüvvəyə minməsi üçün yalnız prezident Vladimir Putin tərəfindən imzalanmalıdır. Rusiya prezidentinin sözcüsü Dmitri Peskov isə jurnalistlərə bildirib ki, dövlət başçısı iki həftə ərzində qanun layihəsinə münasibətini sərgiləyəcək.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?