Azərbaycanda daşqınlara səbəb olan çaylarda videokameralar quraşdırılıb.
Trend-in məlumatına görə, bunu jurnalistlərə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov deyib.
Nazirin sözlərinə görə, artıq istənilən vətəndaşın hər bir təhlükəni uzaqdan izləmək imkanı var.
H.Bağırov qeyd edib ki, kameralar dağ çayları arasında əsas təhlükəli olan Kiş çayında və Aran zonasında daşqınlara səbəb olan Kür çayında quraşdırılıb.
Nazir bildirib ki, hazırda mövsümlə bağlı çaylarda daşqın təhlükəsi gözlənilmir: "Əsas, tarixən daşqınlara səbəb olan çaylarda videokameralar quraşdırılıb və onlardakı vəziyyəti hər kəs canlı izləyə bilər".
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?