Uşaqların saxlanma vəziyyətinə nəzarət etmək üçün internat məktəblərində videokameralar quraşdırılıb
Təhsil Nazirliyi daha bir yeniliyə imza atıb. Nazirlikdən verilən məlumata görə, Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən dövlət uşaq müəssisələrində uşaqların saxlanma vəziyyətinə və onlara göstərilən xidmətə nəzarətin səmərəli həyata keçirilməsi məqsədi ilə internat məktəblərində videokameralar quraşdırılıb. Videokameraların quraşdırılması, həmçinin, uşaqlara verilən qidanın keyfiyyətinə və ərzağın tələb olunan normalara uyğun sərfiyyatına nəzarət mexanizminin təmin edilməsi məqsədlərinə xidmət edir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?