Bu gün Milli Məclisin növbəti plenar iclasında kuryoz hadisə baş verib.
Virtualaz.org saytının əməkdaşının müşahidəsinə görə, qanunların qəbulu zamanı deputatlardan bir neçəsi digər həmkarlarının da əvəzinə səs verib.
Əməkdaşımız gündəlikdə olan 20 məsələnin müzakirəsi və qanunların qəbulu zamanı deputatların səs verməsi anından bir neçə maraqlı foto çəkib. Həmin fotolardan da aydın görünür ki, qanunlar qəbul edilərkən deputatlar zalda olmayan həmkarlarının da əvəzinə səs verirlər. Başqasının yerinə səs verən deputatlardan birinin Ceyhun Osmanlı olması dəqiq müəyyən edilib. Digərlərinin də adlarını öyrənməyə çalışacağıq.
Sorğu
Yeni dizaynımız necədir?