Bakı şəhərinin Nəsimi rayonu ərazisində şadlıq sarayında keçirilən toy mərasimində ölüm hadisəsi baş verib.
Noyabrın 6-da saat 00:50-də S.Vurğun küçəsi 941-ci məhəllədə yerləşən "Niaqara” restoranında 1937-ci il təvəllüdlü, Yasamal rayonu İ.Qutqaşınlı küçəsi ev 7, mənzil 40-da qeydiyyatla yaşayan Famil Məmməd oğlu Əliyev toy mərasimində vəfat edib. Onun ürək çatışmazlığından öldüyü ehtimal edilir. Araşdırmalar aparılır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?