Rafiq Əliyev: “Ona təyyarəyə minmək qadağan edilib” “Lütfi Zadənin Azərbaycana gəlməsi qeyri-mümkündür. O, ümumiyyətlə Amerikadan çıxa bilməz. Azərbaycana gəlməsi ancaq arzu ola bilər”. Bunları Modern.az saytına açıqlamasında dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin varisi, professor Rafiq Əliyev deyib.
Qeyd edək ki, yayılan xəbərlərə görə, Lütfi Zadə gələn il üçün Azərbaycan Milli Elmlər Akademiyasına qonaq dəvət olunub.
Modern.az saytı bu barədə alimin elmi irsinin varisi professor Rafiq Əliyevlə əlaqə saxlayıb.
Lütfi Zadənin səhhətinə görə heç yerə çıxa bilmədiyini deyən Rafiq Əliyev hətta beynəlxalq konfranslara da onun yerinə özünün getdiyini vurğulayıb:
“Lütfi Zadə ürəyindən əməliyyat olunandan sonra Amerikadan kənara çıxa bilmir. Heç Avropaya da gedə bilməz, ona təyyarayə minmək qadağan edilib. Avropada bəzi elmi konfranslarda da onun yerinə mən iştirak etmişəm”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?