GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Rafiq Əliyev sükutu pozdu

Rafiq Əliyev sükutu pozdu

Tarix: 5-11-2013, 12:59 Bölmə :Manşet Baxış: 786
 Rafiq Əliyev sükutu pozdu

“Biz əvvəldən demişdik ki, siyasi iddiamız yoxdur və siyasətin içində olmayacağıq; ziyalı mövqeyimizdə qalırıq, müxalifət yox, müxalifik!”
Dünya şöhrətli alim, professor, Ziyalılar Forumunun üzvü Rafiq Əliyevin uzun müddətdir mətbuatdan uzaq olması və barəsində dolaşan söz-söhbətlərə aydınlıq gətirərkən bunları bildirib. Axar.az-a açıqlamasında o, görünməməsinin səbəblərini belə izah edib: “Mənə elə gəlir ki, dünyada görükürəm. Amma Azərbaycanda bəzi jurnalistlər var ki, məni qalmaqallı situasiyalara daxil etmək istəyirlər. Onu da deyim ki, jurnalist dostlarım çoxdur, ona görə sözü vicdanlı, qərəzsiz jurnalistlərə aid etmirəm. Mənim bir fikrim var ki, “bu günün qəhrəmanları sınmayan jurnalistlərdi”. Amma bəzi jurnalistlərin məni qalmaqala çəkmək cəhdləri alınmayacaq, çünki onların təxribatlarına uymayacağam”. Ardınca R.Əliyev ziyalı dostları ilə birgə seçkilər ərəfəsi və ondan sonrakı susqunluğuna belə izahat verib: “Dostum Ramiz Rövşənin də, mənim də sərbəst fikirlərimiz var. Yəni ola bilməz ki, biz sərbəst düşünək, istədiyimiz kimi hərəkət edək? Bəzən deyirlər ki, niyə yoxdurlar? Niyə filan yerə cavab, reaksiya vermədilər? Lazım olanda reaksiya veririk, məsələn, bu yaxınlarda mətbuatda, televiziyada da, bir rus alimi haqda material verdilər. Həmin alim - S300, S400, S500 icad edən və Rusiya raket hücumundan müdafiə sisteminin rəhbəri olan Aşurbəylidir. Mən də o saat reaksiya verdim ki, bu Aşurbəyli Azərbaycanın elm adamıdır və Rafiq Əliyevin aspirantı olub, laboratoriyasında böyümüş bir adamdır. Amma o jurnalistlər belə reaksiyanı sevmir, onlar istəyir ki, mütləq gedib kimisə söyəsən, kimisə dəstəkləyəsən. Onlar anlamırlar ki, hər kəsin öz fikri ola bilər və buna görə də həmin insanı “topa tutmaq” lazım deyil”.

R.Əliyev yaradıcılıq işlərində də danışıb: “Bir mövzu yazmışam, düzdür, çətin mövzudur, amma elmi işimlə bərabər onu da yazmışam. Mövzunun adı belədir: “Qeyri-səlis məntiq və din”. Din də çox həssas mövzudur, elə buna görə də bir çox dostlarla, o cümlədən Hacı İlqar İbrahimovla məsləhətləşəndən sonra o yazını hazırladım. Bu mövzuda sonda onu demək istəyirəm ki, biz qalmaqalda, sensasiyada yoxuq”.

Professor indiyə qədər siyasətdə olmadığını da bildirib və cəmiyyətdə haqsızlığa qarşı müxalif olduğunu da qeyd edib: “İctimai fikrə təsir etmək gücünə malik olmaq, bacardığımız qədər ictimai fikri durultmaq - biz ancaq bu məsələlər üzərində dayanmışdıq. Biz daha əvvəldən demişdik ki, siyasi iddiamız yoxdur və siyasətin içində olmayacağıq. Bu baxımdan Ziyalılar Forumu ilə Milli Şura arasında heç bir bağlılıq yoxdur. Ola bilər ki, bizim içimizdən kimlərsə siyasətə qatıldı. Amma bizim mövqeyimiz daha əvvəldən bəlli idi. Onu da qeyd edim ki, mən son üç ayda yalnız ilk dəfədir sizə danışıram. Xaricdə olanda haqqımda bir yazı çıxmışdı, tam səmimi deyirəm, mən o jurnalistə heç bir açıqlama verməmişəm. Özü də yazıb ki, “Rafiq Əliyev siyasətdən getdi”. Bu yazı “Yeni Müsavat”da, “Azadlıq”da və digər mətbu orqanlarda işıq üzü gördü. O dəqiqə Ramiz Rövşənin şeiri yadıma düşdü: “Gedək biz olmayan yerə”. Axı biz olmayan yerdən necə gedə bilərik? Bax, onu anlamadım. Mən siyasətdə olmamışam. Birinci gündən demişəm ki, ziyalının funksiyası başqadır. Düzdür, ziyalı hansısa bir vaxtda siyasətlə məşğul ola bilər, ancaq mən, Ramiz Rövşən və bəzi dostlarımız siyasətlə məşğul olmaq fikrində deyilik. Buna baxmayaraq, ziyalı mövqeyimizdə qalırıq, müxalifət yox, müxalifik! Mən müxalifəm və ən birincisi, özümə qarşı müxalifəm. Bundan sonra ictimaiyyətdə, həyatda olan eybəcərliklərə müxalifəm. Əxlaqın eroziyaya uğramasına, ailə institutunun dağılmasına, insan haqlarının pozulmasına və başqa neqativ hadisələrə müxalifəm. Bir ziyalı kimi mənim mövqeyim budur! Bundan sonra Ziyalılar Forumu da öz işini davam etdirəcək və biz öz sözümüzü deyəcəyik”.

R.Əliyev seçkilər dövründə Ziyalılar Forumunun susqunluğuna aşağıdakı kimi izahat verib: “Seçkilər ərəfəsində Ziyalılar Forumunun susqunluğu düşünülmüş addım idi. Biz siyasətə qoşulmamaq iddiası baxımından pauza verdik və seçki dövründə susduq. Mənim də öncədən orda olmamaq qərarım var idi. Amma orda bizim dostlarımız, dəyərli ziyalılarımız yer almışdı. Lakin mən - Rafiq Əliyev əvvəldən üzərimə düşən ziyalı funksiyasını yerinə yetirmək fikrindəydim və buna da nail oldum”.

Yeri gəlmişkən, R. Əliyevin bu açıqlaması onun Azərbaycan Dövlət Neft Akademiyası Avtomatlaşdırılmış İdarəetmə Sistemləri kafedrasından xaric edilməsinin ildönümünə təsadüf edib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ermənilərin yeni müharibə planı

    Ermənilərin yeni müharibə planı ...

    25-07-2016, 22:04

  • 
  • Rafiq Əliyev siyasətdən gedir

    Rafiq Əliyev siyasətdən gedir ...

    13-08-2013, 21:23

  • 
  • ADP Rafiq Əliyevin vahid namizədliyini təklif edir

    ADP Rafiq Əliyevin vahid namizədliyini təklif edir ...

    15-06-2013, 01:09

  • 
  • Lütfi Zadə daha heç vaxt Azərbaycana gələ bilməyəcək”

    Lütfi Zadə daha heç vaxt Azərbaycana gələ ...

    6-11-2013, 15:08

  • 
  • Paytaxtda ağır yol qəzası: yaralılar var

    Paytaxtda ağır yol qəzası: yaralılar var ...

    23-07-2016, 13:45


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu