Kriminal aləmdə “Fransiz” kimi tanınan “qanuni oğru” Maksim Fransuzov öz titulundna imtina edib.
AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, cəzaçəkmə müəssisəsində olan “qanuni oğru” titulundan könüllü olaraq imtina etdiyini və “mujiklər” kateqoriyasına daxil olduğunu bildirib.
Qeyd edək ki, Ded Xasan klanina daxil olan Qela Kardavanın Fransız da daxil olmaqla daha 4 nəfərin taclandırıldığı barədə “proqonu” bu il iyunun 11-də yayılmışdı. Bu “sxodka”da “taclandırılan” digər “qanuni oğru”lar - Beso, Türk, Timur Qulidən fərqli olaraq Fransiz “qanuni oğru” titulunu həbsxanada alıb. Fransıza etimadnaməni isə “qanuni oğru”, Daşkəndli Jora kimi tanınan Georgi Sorokin verib.
Ümumiyətlə həbsxanada olan şəxsin “qanuni oğru” titulu alması qaydalara uyğun deyil və istisna kimi həyata keçirilir. Həbsxanada “taclandırılan” “qanuni oğru”ların azadlığa çıxana qədər bu titulu özündə saxlaması nadir hadisədir. Buna görə də 23 yaşlı Maksim Fransuzovun titulundan könüllü imtina etməsi onun “xaç ataları”nın vəziyyətini çətinləşdirəcək.
Sorğu
Yeni dizaynımız necədir?