Bakı şəhərinin Hüseyn Cavid prospekti ilə Landau küçələrinin kəsişməsində («Elmlər Akademiyası» metro stansiyasının qarşısında) alimlər üçün yaşayış binası tikilir.
Virtualaz.org-un APA-ya istinadən verdiyi xəbərə görə, tikintinin birinci mərhələsinin tam şəkildə yekunlaşdırılması təxminən 5 aya planlaşdırılır.
«Azərdövlətlayihə» Dövlət Baş Layihə İnstitutunun direktoru Xəlil Cəfərovun sözlərinə görə, binada yerləşən 100-dən artıq mənzilin 60-ı alimlər üçün nəzərdə tutulub. Qalan mənzillər isə artıq satılıb. Mənzillərin satış qiyməti ən azı 2 500 manat/kv. metr təşkil edib. Onun sözlərinə görə tikinti işlərinin ikinci mərhələsi hələ başlamayıb.
Qeyd edək ki, binanın tikintisi iki mərhələdə aparılır. Birinci mərhələdə 23 mərtəbəli bina tikilib. Onun ilk 5 mərtəbəsi əyləncə mərkəzi («Park Academy»), qalan 18 mərtəbəsi isə yaşayış üçün nəzərdə tutulub. Hazırda binada fasad işləri aparılır.
Qeyd edək ki, ilk binanın tikintisinə il yarım öncə başlanılıb və işlər 1 ha ərazidə aparılır.
Sorğu
Yeni dizaynımız necədir?