İnterpolun axtarışa verdiyi azərbaycanlı həbs olunub.
Barəsində beynəlxalq axtarış elan edilmiş 1990-cı il təvəllüdlü İbrahim Muxtarovun cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hazırda onun işinə hakim Faiq Qəniyevin sədrliyi ilə baxılır.
Qeyd edək ki, İbrahim Muxtarov 2014-cü ilin avqustun 16-da Bakıda yerləşən gecə klublarının birində Böyükağa Əliyevi qətlə yetirməkdə ittiham olunub. İ.Muxtarov barəsində Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb. Təqsirləndirilən şəxs istintaqdan yayındığı üçün Azərbaycan məhkəmə orqanı onun barəsində həbs qətimkan tədbiri seçib və axtarış elan edilib.
Həmçinin oxuyun: Polis Şöbəsinin iki vəzifəli şəxsi işdən çıxarıldı
Bir müddət öncə İ.Muxtarov Ukraynada tutularaq Azərbaycana ekstradisiya edilib. Məlumata görə, İbrahim Muxtarov kriminal aləmin üzvü olub.
Sorğu
Yeni dizaynımız necədir?