Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri Məmməd İbrahim həbs olunub.
Vəkil Yalçın İmanovun APA-ya verdiyi məlumata görə, Nərimanov rayon Məhkəməsində M.İbrahimin barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, M.İbrahim Mikayıl Quliyev adlı şəxsin şikayəti əsasında həbs olunub. M.Quliyev M.İbrahim tərəfindən döyüldüyünü iddia edərək 18-ci polis bölməsinə şikayət ərizəsi ilə müraciət edib. Bundan sonra M.İbrahim barəsində Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə (xuliqanlıq) cinayət işi başlanıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?