GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Şəhərsalma və Tikinti Məcəlləsi ilə bağlı problem yaranıb

Şəhərsalma və Tikinti Məcəlləsi ilə bağlı problem yaranıb

Tarix: 8-11-2013, 12:10 Bölmə :Ölkə Baxış: 822
Şəhərsalma və Tikinti Məcəlləsi ilə bağlı problem yaranıb
Bu gün Milli Məclisdə “Şəhərlərin formalaşmasında hüquq bir alət kimi” mövzusunda dəyirmi masa keçirilib.

Virtualaz.org modern.az-a istinadən xəbər verir ki, dəyirmi masa Azərbaycan parlamenti və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) “Cənubi Qafqazda məhkəmə və hüquq islahatlarının dəstəklənməsi” proqramı çərçivəsindəı baş verib. İclasda Milli Məclis Aparatının inzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Səyyad Kərimov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov, Fövqəladə Hallar Nazirliyinin, şəhər və rayon icra hakimiyyətlərinin nümayəndələri, Ali Məhkəmə və Apelyasiya məhkəmələrinin hakimləri və Almaniyadan nümayəndələr iştirak edib.

S.Kərimov çıxış edərək bildirib ki, iclasın mahiyyəti Şəhərsalma və Tikinti Məcəlləsinin hazırlanması və tətbiqi ilə bağlıdır: “Son illər ərzində Azərbaycanda davamlı olaraq hüquqi islahatlar həyata keçirilir. Bunlardan biri də inzibati sahədir ki, dövlət-vətəndaş münasibətlərinin tənzimlənməsində mühüm sahədir. Prezidentin göstərişi ilə Şəhərsalma və Tikinti Məcəlləsi hazırladıq. Bu məcəllənin hazırlanmasında beynəlxalq təcrübədən istifadə olunub və beynəlxalq ekspertlərlə birlikdə işlənilib. Bizim məqsədimiz Şəhərsalma və Tikinti Məcəllənin tətbiqindən bir il sonra meydana çıxan problemlərin həlli yollarının axtarılması və bununla bağlı beynəlxalq ekspertlərin rəylərini almaqdır”.

Almaniya və Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin “Cənubi Qafqazda məhkəmə və hüquq islahatlarının dəstəklənməsi” proqramının Azərbaycan üzrə layihə rəhbəri Tomas Melser bildirib ki, keçən müddət ərzində bu qanunun icrasında bir qədər lənglik olub, problemlər ortaya çıxıb:

“Hüquq komitəsinin sədri Əli Hüseynli ilə danışarkən o, problem barədə öyrənib və bildirib ki, sənədin icrası ilə bağlı narahatçılıq var. Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev isə mənimlə danışarkən bildirib ki, bu qanun beynəlxalq standartlara uyğun hazırlanmalıdır ki, nümunəvi qanun olsun. İndi əsas məqsəd bütün maraqları nəzərə almaqla qanunun icrasını təmin etməkdir. Əsas məsələ şəhərin özünəməxsusluğunu qoruyub saxlamaqdır. Bu, inzibati qaydada həyata keçirməlidir".

S.Kərimov bildirib ki, Məcəllədəki prinsiplərdən biri ərazinin məskunlaşdırılmasıdır: “Ərazilərin planlaşdırılmasında ictimaiyyətin iştirakının olması, əhaliyə kifayət qədər məlumat verilməsi çox əhəmiyyətli məsələdir. Ərazinin planlaşdırılması məsələsində maraqlı şəxslərin hüquqlarının qorunması üçün lazımi tədbirlər görülməlidir. Məcəllə qəbul edildikdən sonra ərazi planlaşdırılması ilə bağlı kifayət qədər problem var. Bu problem kadr resurslarının və sənədlərin hazırlanması ilə bağlıdır. Bizim üçün həssas olan bu problemlərin həlli istiqamətində Məcəllə mühüm rol oynaya biləcək”.

S.Kərimov qeyd edib ki, ictimai istifadə üçün nəzərdə tutulan sosial obyektlərdə mühüm problemlər var: “Məsələn, yaşlı, ahıl və əlil insanlar bu obyektlərdə sərbəst hərəkət edə bilmirlər. Əlillərin yolun bir tərəfindən o birinə keçməsi, səkilərdə nəqliyyata minməsi, metroya düşməsi və yerüstü obyektlərdən istifadə imkanları yoxdur. Bundan sonra sosial obyektlərin tikintisində belə hallar nəzərə alınmalıdır. Ölkə ərazisində hərəkət çevikliyinin təmin edilməsi mühüm məsələdir.

Şəhərsalma və Tikinti Məcəlləsində dövlət və bələdiyyəçilik də nəzərə alınıb. Tikintiyə icazə ilə bağlı islahatlar apardıq. Tikintinin istismara qəbul edilməsi institutu ləğv edilərək, Tikintiyə İcazə İnstitutu yaradıldı”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qaradağda dəyirmi masa keçirilib - Fotolar

    Qaradağda dəyirmi masa keçirilib - Fotolar ...

    10-07-2015, 14:13

  • 
  • İcra hakimiyyətlərinə xəbərdarlıq edildi

    İcra hakimiyyətlərinə xəbərdarlıq edildi ...

    6-05-2014, 10:10

  • 
  • Yasamal rayon və Mingəçevir şəhər məhkəmələrinin hakimləri CƏZALANDIRILDI

    Yasamal rayon və Mingəçevir şəhər məhkəmələrinin ...

    3-09-2015, 23:15

  • 
  • Arxitektura Komitəsi icra hakimiyyətlərini ittiham etdi

    Arxitektura Komitəsi icra hakimiyyətlərini ...

    11-02-2014, 15:38

  • 
  • Arxitektura Komitəsi icra hakimiyyətlərini ittiham etdi

    Arxitektura Komitəsi icra hakimiyyətlərini ...

    11-02-2014, 14:53


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu