Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib. İclasın gündəliyi barədə danışan komitə sədri Arif Rəhimzadə bildirib ki, "Xaçmaz rayonunun Xaraxoba kəndinin Palıdlı kəndi adlandırılması haqqında" qanun layihəsi müzakirəyə çıxarılır.
Komitə sədri adı dəyişdirilən kənd haqqında danışarkən deyib ki,həmin ərazi Samur çayının sahilində yerləşir və ətrafı palıd meşəliyi ilə əhatə olunub: "Bu səbəbdən də orada yaşayan sakinlər “Xaraxoba” sözünün mənasını bilmədiklərindən bu kəndin adının dəyişdirilməsini təklif ediblər və bununla bağlı sənədlər hazırlanaraq müvafiq qurumlara göndərilmişdi. Kənd sakinləri həmin əraziyə “Palıdlı” adının verilməsini istəyiblər. Həmin ərazilərdə vaxtı ilə ruslar məskunlaşmışdı və 2 il bundan əvvəl onlar oradan çıxarıldı. Bu proses isə Rusiya və Azərbaycanın razılaşması əsasında həyata keçirilmişdi".
Müzakirələrin sonunda adıçəkilən qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Sorğu
Yeni dizaynımız necədir?