Azərbaycanda bələdiyyə torpaqlarının alqısı üzrə sifarişlərə baxılma müddətinin uzadılması təklif edilir.
Trend-in məlumatına görə, "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnaməyə dəyişikliklərin edilməsi ilə bağlı müvafiq qanun layihəsi cümə günü Milli Məclisin Regional məsələlər komitəsində müzakirəyə çıxarılıb.
Parlament komitəsinin sədri Arif Rəhimzadənin sözlərinə görə, təcrübə göstərir ki, hazırda sifarişlərə 5 gün ərzində baxılma müddəti kifayət etmir:
"Səbəb ondan ibarətdir ki, zəruri prosedur və yoxlamalara bir çox hallarda xeyli vaxt tələb olunur. Buna görə də bu müddəti 15 günədək artırmaq məqsədəuyğun olardı".
Digər dəyişiklik 23-cü maddənin yenidən redaktə edilməsini nəzərdə tutur. A.Rəhimzadə qeyd edib ki, ayrılan torpaqların dəyərinin qiymətləndirilməsi mexanizmini müəyyənləşdirən maddənin əvvəlki redaktəsi kifayət qədər konkret deyildi və ikili məna verirdi:
"Yeni redaktədə ayrılan sahənin dəyərinin müəyyənləşdirilməsi mexanizmi birbaşa və konkret göstərilib - əgər daha əvvəl hərrac qiyməti əsas götürülürdüsə, gələcəkdə torpağın dəyəri torpağa görə 3 ən yüksək hərrac qiymətinin orta qiyməti əsasında müəyyənləşdiriləcək".
Müzakirələrin yekunu olaraq qanun layihəsi baxılması üçün Milli Məclisin plenar iclasın tövsiyə edilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?