Sankt-Peterburqda 19 yaşlı azərbaycanlı 9 il azadlıqdan məhrum edilib.
APA TV-yə istinadən xəbərə görə o cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkəcək. Məhkəmə istintaqı dövrü müəyyən olunub ki , Sərxan Məmmədov 2010-2012 ci illər aralığında bir necə seksual xarakterli zorakı hərəkətlər edib. Niyyətini həyata keçirmək məqsədi ilə əvvəl qızlarla tanış olub, daha sonra onlarla çınsi əlaqədə olmağa cəhd edib. 8 zorlamaya cəhd epizodunda təqsirli bilinən Məmmədov, onlardan 5-ni yetginlik yaşına catmayanlara qarşı törədib. İlk cinayət hadisəsini 15 yaşında 2010-cu ilin aprelində törədib. Dövlət ittihamçısı gənc olduğunu nəzərə alaraq məhkəmədən 7 il 6 ay cəza istəsə də, verilən hökm daha sərt olub. Soydaşımız cəzasını cidd rejimli koloniyada çəkməklə 9 il müddətinə azadlıqdan məhrum edilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?