GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Azərbaycan sürüşür-torpaq ayağımız aldan qaçır

Azərbaycan sürüşür-torpaq ayağımız aldan qaçır

Tarix: 20-12-2012, 13:37 Bölmə :Ölkə Baxış: 800
Azərbaycan sürüşür-torpaq ayağımız aldan qaçır

“Hazırda Azərbaycan ərazisinin ən azı 25-30 faizi sürüşmə təhlükəli zonadır”



gundemxeber.az
“Hazırda Azərbaycan ərazisinin ən azı 25-30 faizi sürüşmə təhlükəli zonadır”. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun landşaftşünaslıq və landşaftların planlaşdırılması şöbəsinin müdiri Elbrus Əlizadə deyib. Onun sözlərinə görə, son 10-15 il ərzində Azərbaycan ərazisində sürüşmə fəallığının kəskin artması müşahidə olunur. Belə ki, əvvəllər sürüşmə təhlükəliliyinə aşağı dərəcədə aid olan ərazilər indi yüksək təhlükəlilik zonalarına keçiblər: “Əvvəllər Lənkəran zonası, Gəncə və ona yaxın rayonlar üçün sürüşmənin intensiv inkişafı xarakterik olmayıb. Lakin indi həmin zonalarda sürüşmə sahələri çoxalıb. Lənkəran zonasında son zamanlar yollar çəkiləndən sonra yamaclar kəsilib və sürüşmə sahələri artıb. Lerik yolunda tez-tez sürüşmələr baş verir. Eləcə də Göygöl rayonunda Dozular sürüşməsi, Gəncə-Daşkəsən yolunun ətrafında olan sürüşmələr, Gədəbəydə, Zəyəmçay dərəsində olan sürüşmələr əvvəllər çox fəal sürüşmə sahələri olmayıb. Yolların çox tikilməsi, yol ətraflarının bərkidilməməsi, yamaclarda bitki örtüyünün məhv olması, qırılan meşələrin yerində yenisinin salınmaması, yol ətrafındakı suötürürcü qurğuların sıradan çıxması bu sürüşmələri fəallaşdırıb”.
E. Əlizadə deyib ki, ölkə ərazisində sürüşmələrin əmələ gəlməsi üçün təbii şərait var: “Yəni səthə sukeçirən suxurların yatması, onun altında isə suya davamlı süxurların, gil qatının olması sürüşmələrin əmələ gəlməsi üçün təbii şərait yaradır. Ona görə də Azərbaycan ərazisinin bir çox hissəsi, xüsusilə Quba-Xaçmaz, Siyəzən, Şabran, Qubanın Vəlvələçaya qədər olan hissəsində yamaclar, həmçinin Şamaxı, Muğanlı sürüşmə zonası çox fəal sürüşmə zonalarıdır. Çünki orada təbii şərait tamamilə buna imkan verir və bu, həmin yaşayış məntəqəsi üçün çox böyük təhlükədir. Muğanlı-İsmayıllı avtomobil yolu tam sürüşmə zonasının üstündə yerləşir. Orada maykop gillərinin üstündə sukeçirən suxurlar yerləşir və yamaclar da maili, dik olduğundan tamamilə sürüşmə sahəsi hesab olunur. Ağsuçay, Girdmançay hövzəsi, Ağsu aşırımı, İsmayıllı-Lahıç şose yolunun qırağı da çox böyük sürüşmə zonasıdır”.
Şöbə müdirinin sözlərinə görə, Abşeronda 20-ci sahədən Teleteatra qədər olan ərazi, Badamdar və Əhmədli yaylaları fəal sürüşmə sahəsidir: “Həmin ərazilərdə üstdə əhəngdaşı, altda isə gilli süxurlar yerləşir. Bunlar ifrat nəmlənəndə sürüşmələr fəallaşır. Gərək həmin ərazilərdə böyük tikinti işləri olmasın. Həmin ərazidən keçən kanalizasiya xətlərinin köhnə olması, su kəmərlərinin tez-tez daşması da sürüşməni aktivləşdirir. Badamdar yaylasında tikilən evlərin çoxunun kanalizasiyasının olmaması nəticəsində yamaclardakı suxurlar ifrat nəmlənir, meyllilik böyük olduğundan ifrat nəmlənmiş süxurlar yamac boyu hərəkət edir. Badamdar yolunun əsas problemi kanalizasiya sularıdır”.

Vəfa
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda daha təhlükəli sürüşmə sahələri aşkarlandı

    Bakıda daha təhlükəli sürüşmə sahələri aşkarlandı ...

    9-03-2016, 15:33

  • 
  • Bakının bu əraziləri çox qorxuludur

    Bakının bu əraziləri çox qorxuludur ...

    31-07-2015, 00:13

  • 
  • Astara sakini: Sürüşə-sürüşə gedirik

    Astara sakini: Sürüşə-sürüşə gedirik ...

    22-04-2016, 00:23

  • 
  • Şamaxı fəal sürüşmə zonasıdır

    Şamaxı fəal sürüşmə zonasıdır ...

    24-10-2013, 13:20

  • 
  • Bakı Avtovağzal kompleksinin qarşısında sürüşmə olub - FOTOSESSİYA - VİDEO

    Bakı Avtovağzal kompleksinin qarşısında sürüşmə ...

    7-10-2015, 20:01


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu