Fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin təxminən 1 il öncə yayımladığı video əsasında millət vəkili Gülər Əhmədova həbs edildi. Hazırda bu iş üzrə məhkəmə prosesi keçirilir. G.Əhmədova bir neçə dəfə E.Abdullayevi məhkəməyə gəlməyə çağırıb.
E.Abdullayevlə əlaqəsi olan Elnur Məcidli Hafta.az-a açıqlamasında bildirdi ki, sabiq rektor ifadə verməyə hazırdı: “Elşad Abdullayevin indiki şəraitdə Azərbaycana gəlməsi inandırıcı deyil, lakin məhkəməyə ifadə verə bilər. Onun mətbuatdakı çıxışlarından məhkəmə faydalana bilər. Elşad Abdullayev öz ifadəsini verməyə qarşı deyil, Parisdə də bu baş tuta bilər”.
E.Məcidlinin sözlərinə görə, İstintaq Komissiyasının üzvləri Parisdə Elşad Abdullayevdən ifadə almaq istəyiblər: “Müstəqil İstintaq Komissiyasının bir neçə üzvü daha öncə Parisə gəlib Elşad Abdullayevdən ifadə almaq istədiklərini bildirdilər. O da buna etiraz etmədi. Lakin həmin şəxslər bura gəlmədilər”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?