Bərdədə taksi fəaliyyəti ilə məşğul olan, anadangəlmə lal və kar olan 53 yaşlı Süleyman Abbasovun avtomobilindən ümumi çəkisi 2 kiloqram 100 qrama yaxın narkotik vasitə aşkarlanıb.
Bərdə polisinin keçirdiyi əməliyyat nəticəsində avtomobilin yük yerindən 383 qram qurudulmuş və 1kiloqram 700 qram yaş halda vasitə götürülüb, O, rayonun Qaradəmirçi kəndi ərazisində şəxsi avtomobili ilə saxlanılaraq şöbəyə gətirilib. Təqsirləndirilən şəxsin narkotik vasitəni şəxsi istifadəsi üçün saxladığı məlum olub. Hazırda narkotik vasitənin haradan əldə edilməsini dəqiqləşdirmək məqsədi ilə istintaq aparılır. Faktla bağlı cinayət işi açılıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?