“Son günlər bir sıra internet saytları və mətbu orqanlarında Azərbaycan Tibb Universiteti barəsində həqiqətə uyğun olmayan məlumatlar yer alıb. Bu media orqanları Maqsud İbrahimov adlı tələbəyə istinadən bildiriblər ki, ATU tələbələri yeni istifadəyə verilən Tədris-Cərrahiyyə Klinikasına buraxılmır. Guya bunun əvəzində tələbələr Kürdəxanı qəsəbəsində cərrahiyyə üzrə praktik dərs keçirlər”.
Bunu virtualaz.org-a açıqlamasında ATU-nun tədris hissə müdiri Nəsimi Qasımov deyib.
Onun sözlərinə görə, yazıda adı çəkilən kafedralarda Maqsud İbrahimov adlı tələbə təhsil almır. Həmçinin, tələbələrin guya Kürdəxanıda dərs keçməsi haqda iddia olunanlar da cəfəngiyyatdan başqa bir şey deyil.
N.Qasımov qeyd etdi ki, ATU-nun Tədris-Cərrahiyyə Klinikasında açıldığı gündən etibarən mühazirələr keçirilir, praktik işlər aparılır. Praktik dərslərin həmin klinikada aparılmaması isə klinikanın gələn ildən etibarən xəstə qəbuluna başlayacağı ilə əlaqədardır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?