Rusiya prezidenti Vladimir Putin Moskvada keçirdiyi mətbuat konfransında “qiyamət günü”nün tarixini bildiyini söyləyib
“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, mətbuat konfransında jurnalistlərdən biri sualına prezident haqqındakı lətifə ilə başlayıb. Həmin lətifəyə görə, Putin qiyamət gününün nə vaxt olacağını bilir və buna görə də geniş mətbuat konfransı keçirərək bəşəriyyətin inkişafı ilə bağlı yekun hesabat verir.
Buna cavab olaraq isə, Putin “qiyamət günü”nün tarixini həqiqətən də bildiyini söyləyib: “Mən dünyanın sonunun nə vaxt olacağını bilirəm. Təxminən 4, 5 milyard ildən sonra bu, baş tutacaq. Xatırladığım qədər Günəş dövr edəcək. Ona görə də 4.5 milyard il sonra hər şey bitəcək, reaktor sönəcək. Lakin buna qədər Günəş Ağ Kiçik Cırtdana çevriləcək. Əgər bu qaçılmazdırsa, niyə qorxaq?!”.
Sorğu
Yeni dizaynımız necədir?