Millət vəkili Sabir Rüstəmxanlı parlamentin bugünkü iclasında dövlət büdcəsi haqda müzakirələrdə çıxış edib.
Millət vəkili parlamentdə bir neçə gündür müzakirə olunan büdcənin təqdimatından məmnun olduğunu deyib: “Maliyyə naziri hökumətin yeni tərkibində ugurlu bir adamdır. Mən 300 milyon dollarlıq büdcənin müzakirəsində də iştirak etmişəm. Bu gün 7 dəfə artan büdcənin müzakirəsindəyəm. Təbii bununla qürurlanmaq mümkün deyil. Burda Azərbaycan büdcəsinin neftdən asılılığını azaltmaq üçün addımlar atılır. Bu gün iqtiadiyyatın inkişafı üçün alternativ yolllar axtarılmalıdır. Kənd təssərrüfatı sahəsinə diqqət yetirilir. Amma hesab edirəm ki, bu yetərli deyil. İqtisadiyyatda ədalət bərpa olunmalıdır. Azərbaycan iqtisadiyyatı inkişaf edir. Bu gün onu görməmək mümkün deyil. Bunlar Azərbaycan prezidentinin yorulmaz siyasətinin nəticəsidir. Biz bunu da deməliyik. Bizdə sahibkarlıq əvəzinə sahiblənmək var. Rəqiblərin yolu bazara gəlməzdən əvvəl bağlayıblar. Bizdə bazarkomların siyasəti var. Azərbaycanda siyasi yox, iqtisadi dözümsüzlük var. Ona görə də ölkədən gedənlərin sayı artıb. Monopoliya hökm sürür. Onun qarşısı alınmalıdır”.
Spiker Oqtay Əsədov Sabir Rüstəmxanlıya müraciət edərək bildirib: “Çıxışınızın əvvəlində fəxrdən danışırsınız, sonra başqa şeydən danışırsınız. Amma mən bilirəm siz niyə belə danışırsınız”.
Sorğu
Yeni dizaynımız necədir?