GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Elmi Yeyən Pullar

Elmi Yeyən Pullar

Tarix: 18-11-2013, 12:32 Bölmə :Ölkə Baxış: 740
Elmi Yeyən Pullar
"Təhsili inkişaf etdirə bilmiriksə, təhsil ocaqlarını bitirənlərdən alim düzəldə bilmərik"

Azərbaycan Prezidenti yanında Elmin İnkişaf Fondu elmi-tədqiqat layihələrinin həyata keçirilməsi üçün 8 milyon manat, latın qrafikalı kitabların çapı üçün 5 milyon manat, Azərbaycan Milli Elmlər Akademiyasının elmi obyektlərinin yenidənqurulması və əsaslı təmiri üçün 3 milyon manat, elmi-tədqiqat müəssisələrinin maddi-texniki təminatının möhkəmləndirilməsi və müasir laboratoriya avadanlıqlarının alınması üçün 5 milyon manat vəsait nəzərdə tutulub.

Elmə ayrılan vəsait yetərlidirmi?

Azərbaycan Elmlər Akademiyası (AMEA) Mikrobiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Pənah Şahsevənli ayrılan vəsaitin ancaq müəyyən işlər görməyə yetəcəyini deyir:
"Ancaq elmin inkişafı üçün təkcə pul önəmli deyil. Burada kadr bazası olmalıdır. Digər tərəfdən isə cəmiyyətdə elmin yeri müəyyənləşdirilməlidir. Bizim sistemdə elmin yeri bəlli deyil. Açığı pul ayırmaq elm sahəsindəki problemlərin həlli demək deyil. Ayrılan vəsait problemin müəyyən hissəsini həll edir. Tutaq ki, vəsait ayırdın, ancaq sənin kadr bazan yoxdur. Bu zaman ayrılan vəsait neyləyəcək? İqtisadi sistemdə elmin yeri olmalıdır. Daha sonra ona uyğun vəsait ayrılmalıdır. Düzdür müəyyən vəsait ayrılır, həmin vəsaitə nələrsə alınır. Ancaq, bu gün akademiyaya ayrılan vəsait yetərli deyil".

Bu gün elmi ayağa qaldırmaq üçün nə qədər vəsait lazımdır?

Elmi Yeyən Pullarİqtisadçı ekspert Samir Əliyev isə deyir ki, dövlətin inkişafı birbaşa elmin inkişafından asılı olduğundan, bu sahəyə ayrılan vəsait yetərli deyil:
"Elm inkişaf etmirsə, təkcə iqtisadiyyatın inkişafı ən yaxşı halda Dubay kimi olacaq. Hər il büdcənin artmasına rəğmən, elmə ayrılan xərclərin məbləğində ciddi artım olmur. Əgər dövlət elmi inkişaf etdirmək istəyirsə, ilk növbədə elmlə məşğul olan insanların başqa sahəyə yönəlməsinin qarşısını almalıdır. Yəni, alimlərin aldığı əmək haqqı tələbata uyğunlaşdırılmalıdır. Bu gün alimin qazancı həddən artıq azdır. Bu isə onların elm sahəsində çalışmasına imkan vermir. Ona görə də savadlı insanlar ya xarici ölkələrə üz tutur, ya da biznes sektoruna keçirlər. Qalanlarsa elmə bir o qədər töhvə verə bilmirlər".

"Təhsili inkişaf etdirə bilmiriksə, təhsil ocaqlarını bitirənlərdən alim düzəldə bilmərik"

Samir Əliyev deyir ki, digər bir tərəfdən tədqiqatların aparılmasına vəsait ayrılmalıdır. Bu gün bir sıra sahələrdə tədqiqat aparılmasına ehtiyac olsa da, vəsait yoxdur:
"Tədqiqatlara dövlət büdcəsindən vəsait ayırmaqla elm sahəsindəki inkişafı cəlbedici etmək olmaz. Digər amillər də var. Elmin özündə rəqabət olmalıdır. Bir tərəfdən də, bu sahənin inkişafının kökündə təhsil dayanır. Əgər biz təhsili inkişaf etdirə bilmiriksə, həmin o təhsil ocaqlarını bitirənlərdən alim düzəldə bilmərik. Odur ki, təhsilin idarəçiliyində də dəyişiklik edilməlidir. Atılan addımlar kompleks xarakter daşımalıdır. Ancaq vəsaitlə düzələn iş deyil. Təhsildən, kadr dəyişikliyinə qədər islahatlar aparılmalıdır. Bəlkə ondan sonra ayrılan vəsait bir işə yarayar".

Elmin inkişaf etdirilməsi dedikdə, yəni balıqçının əlinə balığı deyil, tilovu vermək başa düşülür. Əlindəki vəsaiti - "tilovu"- alim elmi araşdırmalara, təcrübələrə yatırır. "Tilov" alimə çatmırsa ortada "balıq" da olmayacaq. Digər sahələrdə olduğu kimi elmə və kitabların nəşrinə büdcədən ayrılan pullar elm sahəsini idarəedən bürokratların ciblərində dövr edərək qəpik-quruşlar şəklində görüntü xatirinə hansısa araşdırmalara ayrılır. Və beləcə görüntü xatirinə yatırılmış vəsait elmi nəinki inkişaf etdirir, əksinə iflic vəziyyətə salır. Nəticədə özünü realizə edə bilməyən elm adamı beynindəki ideyaları ilə xarici laboratoriyalara, elm ocaqlarına üz tutur. Bu günlərdə saytımızda gedən "beyin köçü" mövzusundakı kiçik araşdırma bunun sübutudur. "AMEA Riyaziyyat və Mexanika İnstitutunun rəsmi internet səhifəsində verdiyi məlumata görə, xaricdə yaşayan riyaziyyat alimlərimizin sayı 71-dir. Türkiyə Səhiyyə Nazirliyindən 30 oktyabr 2013-cü ildə verilən rəsmi açıqlamaya görə, sadəcə bu il 68 azərbaycanlı həkim Türkiyədə işə başlamışdır."

Ekspertlərin fikirlərində vurğulanan problemə universal yanaşma modelinin kökündə belə yenə yeyinti faktoru durur. Sistemi bürüyən korrupsiya ən böyük zərbəni elm və təhsilə vurmaqla, insanlarımızın beyinlərini çürüdür. Bir neçə kilometr yolun inşasına ayrılan yüz milyonların müqabilində elmi-tədqiqat layihələrinin həyata keçirilməsi üçün büdcədən 8 milyon manat pay verilirsə bu, elmin dövlət üçün hansı əhəmiyyət daşıdığının göstəricisidir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Deputata vəzifə verildi

    Deputata vəzifə verildi ...

    5-11-2014, 19:04

  • 
  • AMEA-da kadr dəyişikliyi: direktor işdən çıxarıldı

    AMEA-da kadr dəyişikliyi: direktor işdən çıxarıldı ...

    15-01-2014, 16:27

  • 
  • AMEA-NIN BAŞ ELMİ İŞÇİSİ İNTİHAR ETDİ

    AMEA-NIN BAŞ ELMİ İŞÇİSİ İNTİHAR ETDİ ...

    4-06-2013, 17:38

  • 
  • Elmlər Akademiyası haqda şok faktlar

    Elmlər Akademiyası haqda şok faktlar ...

    8-05-2013, 12:44

  • 
  • AMEA-da dörd professor vəzifəsindən çıxarıldı.

    AMEA-da dörd professor vəzifəsindən çıxarıldı. ...

    16-11-2013, 23:26


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu