“Bakıdakı İsrail səfirliyinin önündən keçdiyinə görə saxlanılan İran vətəndaşı Həsən Fərəci işgəncələrə məruz qalır”.
Bu məlumatı İranın “Aran” agentliyi yayıb.
Agentlik qeyd olunur ki, bu barədə məlumatı Bakının Binəqədi məhbəsində (Daxili İşlər Nazirliyinin(DİN) inzibati həbs olunanların saxlanma məntəqəsi nəzərdə tutulur) işgəncələrə məruz qalan Həsən Fərəcinin tanışları verib. Agentliyin iddiasına görə, saxlanılan şəxsin bədəni siqaretlə yandırılaraq ondan İsraillə bağlı etiraf almağa çalışıblar.
Məlumatda o da vurğulanır ki, İran İslam Respublikasının Azərbaycandakı səfirliyi həmin şəxslə konsulluq əməkdaşlarının görüşünün təşkili ilə bağlı əlaqədar qurumlara müraciət edib. Ancaq bu müraciətə hələlik müsbət cavab verilməyib.
Sorğu
Yeni dizaynımız necədir?