O, Luqanskda Azərbaycan məktəbi açıb Noyabrın 16-da Ukraynada azərbaycanlı iş adamı Şahin Məmmədovun evinə basqın edilib. Nəticədə Ş.Məmmədov və oğlu xəsarət alıb.
AzNews.az basqına məruz qalan azərbaycanlı iş adamının kimliyi ilə maraqlanıb. Məlum olub ki, Ş.Məmmədov 1958-ci ildə Gürcüstanın Bolnisi rayonunda dünyaya gəlib. Onun atası məktəb direktoru, anası isə evdar qadın olub. Ailənin sonbeşiyi olan Ş.Məmmdəov Azərbaycanın Gəncə şəhərində hərbi xidmət keçib. 1979–cu ildə Kənd Təsərrüfatı İnstitutuna daxil olub. İnstitutu bitirdikdən sonra Ukraynanın Starobelsk şəhərinə gedən Ş.Məmmədov 2 qızı, bir oğlu və xanımı ilə bərabər 1992-ci ildə Varaşilobqrada köçüb.
Burada o, Rusiya-Ukrayna birgə müəssisəsi olan “BEM-Servis”i yaradıb. Müəssisə VAZ markalı maşınların satışı ilə məşğul olub. 1996 – cı ildə “LuqMet” şirkətini yaradan Ş.Məmmədov daha sonra "LİTOS- QRUPP” adlı müəssisənin əsasını qoyub.
Müəssisə tikinti materiallarının istehsalı, tikinti kimi sahələrlə məşğul olub. Korporasiya yaradıldıqdan qısa müddət sonra Luqansk şəhərində 700 nəfərin işlə təmin olunmasına şərait yaranıb.
Məlumatlara görə, Ş.Məmmədov hər zaman ehtiyacı olanlara kömək edib və xüsusilə də münaqişələrin həllində öz yardımını əsirgəməyib. Belə hadisələrdən biri də slavyan, qafqaz və asiyalıların iştirak etdiyi və ölkədə böyük səs-küy yaradan, 4 gün davam edən kütləvi dava olub. Yalnız Ş.Məmmədovun müdaxiləsindən sonra bu münaqişəyə son qoyulub.
Bu hadisədən sonra Liuqansk vilayətinin daxili işlər orqanlarından Ş.Məmmədovun ünvanına çox sayda təşəkkür məktubları daxil olub. Müəllim ailəsində böyüyən Ş.Məmmədov 2011-ci ildə Luqanskda Azərbaycan məktəbi açıb.
Bazar günü məktəbində uşaqlara ana dili, Azərbaycanın tarixi, mədəniyyət və incəsənəti öyrədilib. Ş.Məmmədov həmçinin Luqansk vilayətinin səhiyyə sisteminə də çoxsaylı yardımları ilə xatırlanır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?