GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Azərbaycanlı iş adamının evinə silahlı basqın

Azərbaycanlı iş adamının evinə silahlı basqın

Tarix: 18-11-2013, 13:50 Bölmə :Ölkə Baxış: 734
Azərbaycanlı iş adamının evinə silahlı basqın
Ukraynanın Luqansk şəhərində tanınmış azərbaycanlı iş adamı, diaspor fəalı Şahin Məmmədovun evinə silahlı basqın olub.


Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) Luqansk vilayəti üzrə sədri Rasim Uğurluyev APA-ya açıqlamasında bildirib ki, hadisə noyabrın 16-sı axşam saatlarında baş verib

O, hadisənin təfərrüatlarını açıqlayıb: “Ötən gecə Şahin Məmmədov Luqansk şəhərinin mərkəzindəki evində olarkən evin həyət qapısının qarşısında müxtəlif markalı avtomobillərin olduğunu və yarısı maskalı olan şəxslərin avtomobillərin yanında toplandığını görüb. Onlara yaxınlaşaraq burada nə baş verdiyini soruşduqda, həmin şəxslər onu milli zəmində təhqir etməyə, biznesi ilə bağlı hədə-qorxu gəlməyə başlayıblar. Şahin Məmmədov oğlu Xalid Məmmədov ilə birlikdə onlardan evdən uzaqlaşmağı tələb ediblər, əks təqdirdə, hüquq mühafizə orqanlarına məlumat verəcəklərini bildiriblər. Lakin sayı təxminən 10 nəfər olan şəxslər maşınlardan silah götürərək avtomat və tapançadan Məmmədovları atəşə tutublar. Şahin Məmmədov və oğlu dərhal həyətə girərək qapını arxadan bağlayıblar. Silahlı dəstə evi atəşə tutub. Silahlıların əl çəkmədiyini görən Məmmədovlar icazəli avtomat və tapançadan basqınçılara cavab atəşi açıblar. Nəticədə basqınçılardan biri ölüb, Şahin Məmmədov və oğlu isə xəsarət alıb.

Basqınçılar qaçıb gedəndən dərhal sonra Şahin Məmmədov hadisə barədə yerli milisə zəng etmək istədiyi zaman onun evinə xüsusi təyinatlı milislər basqın edib, onu oğlu ilə bilikdə şəhər milisinə aparıblar. Hazırda Şahin Məmmədov və oğlu saxlanılıb, basqınlardan isə heç kim saxlanmayıb”.

R.Uğurluyev onu deyib ki, hadisədən xəbər tutan kimi evdən çıxmaq istədikdə, onun da evinə xüsusi təyinatlı milislər tərəfindən basqın olub, icazəsiz olaraq evində axtarış aparılıb, milli təhdidlər edilərək ailəsini qorxudulub: “Mənim özümü isə qandallayıb səbəbsiz olaraq idarəyə apardılar. Orada müstəntiqlər hadisəni araşdırmaq əvəzinə, Şahin Məmmədov ilə mənə “Axı siz nə vaxt qayıdacaqsınız ölkənizə?”, “Azərbaycana getsəniz, yaxşı olar, burada bizimkilərə mane olursunuz” və s. atmacalar atırdılar. Mən onlara yerli qanunvericiliyi xatırladaraq, digər xalqın nümayəndələrinə, hətta diaspora rəhbərliyinə qarşı etnik separatçı təzyiqlərin tamamilə qanunsuz olduğunu xatırlatdım. Səfirliyə, respublika prokurorluğuna məlumat verəcəyim barədə onlara xəbərdarlıq edərək basqınçıların axtarılmasını da tələb etdim, lakin bizə əhəmiyyət vermədilər. Aralarından bir zabit “Siz Moskvada da qudurmusunuz, indi də burada qudurmaq istəyirsiniz” deyə bizi təhqir etdi”.

Səhərə qədər milis idarəsində saxlandığını deyən R.Uğurluyev səhər tezdən dilindən iltizam alınaraq buraxıldığını, Məmmədovların isə hələ də təcridxanada saxlandığını bildirib.

Qeyd edək ki, Ş.Məmmədov Ukraynada tanınmış iş adamıdır, onun həm Ukraynada, həm də Türkiyədə bir neçə iri kərpic zavodu var. O, nadir xəstəliklərdən olan miostaniya xəstəliyindən əziyyət çəkir. Hazırda onun evi ailəsi ilə birgə milis tərəfindən mühasirədə saxlanılır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Zaqatalada maskalı, silahlı basqın

    Zaqatalada maskalı, silahlı basqın ...

    6-12-2013, 14:57

  • 
  • Göyçayda silahlı maskalı şəxslər evə basqın edib

    Göyçayda silahlı maskalı şəxslər evə basqın edib ...

    1-12-2015, 13:22

  • 
  • Diaspor rəhbərimizin oğlu girov götürüldü

    Diaspor rəhbərimizin oğlu girov götürüldü ...

    9-07-2014, 01:38

  • 
  • Silahlı basqına məruz qalan iş adamı barədə maraqlı məlumatlar

    Silahlı basqına məruz qalan iş adamı barədə ...

    18-11-2013, 15:27

  • 
  • Məzahir Pənahovun qohumu Luqanskda öldürülüb

    Məzahir Pənahovun qohumu Luqanskda öldürülüb ...

    8-08-2014, 02:51


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu