Rayona verilən təbii qaz kəsilib, ümid edən insanlar tədarük görmədiklərindən soyuqdan donurlar
gundemxeber.az Azərbaycan hökuməti Avropanı təbii qazla təmin etmək üçün hazır olduğunu və bunun üçün yetərli qədər ehtiyatlarının varlığını bəyan etdiyi halda, ölkə əhalisi soyuqdan don vurmaq təhlükəsi ilə üzləşib. Sosial şəbəkələrdə yayılmış məlumatlarda deyilir ki, Ağcabədi rayonunda vəziyyət acınacaqlıdır. Belə ki, sərt qışın gəlişindən sonra rayona verilən mavi yanacaq kəsilib. Qışda təbii qazın olacağını vəd edən yerli qurumların qış aylarında yalanının üzə çıxması isə əhalinin soyuqdan donmaq təhlükəsi yaradıb. Rayon sakinlərinin yaydığı məlumatda deyilir ki, əhali qışda qazın olacağına ümid bağladığından yay aylarında tədarük görməyib ki, bu da onların qəfil yaxalanmalarına səbəb olub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?