AzadliqRadiosu şirkətləri qrupu kiber hücumlara məruz qalıb. Ötən həftənin cümə axşamından həyata keçirilən DDoS hücumları nəticəsində radionun global multimedia və xəbər yayımında fasilələr baş verib.
“Biz bu hücumlar haqda məlumat toplayırıq, lakin əminik ki, baş verənlər kiminsə məqsədyönlü pozuculuq işidir”, - deyə vəziyyəti şərh edən Azad Avropa/ AzadliqRadiosu şirkətinin prezidenti Kevin Klose bildirib. O gündəlik olaraq etibar etdikləri bu mənbədən xəbər almaqda müxtəlif çətinliklərlə qarşılaşan AzadlıqRadiosunun daimi dinləyicilərinə üzrxahlığını bildirib.
Hücum ABŞ-ın bütün beynəlxalq yayım sisteminə də təsir göstərib. Azad Avropa/ AzadliqRadiosu-nun texniki heyəti, electron hücumların mənbəyini aşkarlamaq üzrə ixtisaslaşan beynəlxalq könüllülər şəbəkəsi (Computer Emergency Response Team) ilə birlikdə hücumların qarşısını almağa çalışır.
DDoS (Denial of Service – Xidmət göstərməkdən imtina etmək) tipli hücumlar yüz minlərlə, bəzənsə milyonlarla kompüteri eyni vaxtda hədəfə yönəldərək onun normal fəaliyyətini həyata keçiriən serverlərin işini mümkünsüz edir. Azad Avropa/ AzadliqRadiosu 2008-ci ildə Belarus xidmətinə qarşı indikindən nisbətən zəif DDoS hücumları ilə rastlaşıb.
Sorğu
Yeni dizaynımız necədir?