Amerikalı alim Helen Fişer 15 il ərzində 62 il ölkədə apardığı araşdırmanın nəticələrini açıqlayıb. Qadınların sevgisi haqqında araşdırma aparan mütəxəssis “Sunday Times” qəzetinə verdiyi açıqlamada qadınların sevgisinin 4 il davam etdiyini açıqlayıb. Onun sözlərinə görə, hər bir qadın 4 il sonra yeni bir sevgi axtarmaq üçün ətrafdakı kişilərə baxmağa başlayır. Yəni qadınlar birini sevdikdən 3,5 il sonra başqa bir sevgili axtarmağa başlayırlar. Lakin yeni sevgili tapana qədər köhnədən ayrılmırlar. Bəzən ənənəvi, sosial və ya iqtisadi səbəblərə görə qadınlar ərlərindən ayrıla bilmirlər. Bu da qadının xəyanət etməsinə gətirib çıxarır. H.Fişerin sözlərinə görə, qadınların 4 ildən bir sevgilərindən vaz keçməsi genlə əlaqədar olan bir şeydir. Araşdırmalara görə, qadınlar qarşısında kişinin onu aldatdığını düşündüyü üçün xəyanət edərkən vicdan əzabı çəkmir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?