Bir neçə gün əvvəl Bakının Maştağa qəsəbəsi ərazisində yerləşən 1 saylı psixiatriya xəstəxanasından qaçan 4 nəfər tutulub. Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, onlar elə Sabunçu rayonu ərazisində ələ keçiblər.
Qeyd edək ki, noyabrın 15-də saat 06:15 radələrində Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi Psixiatriya Xəstəxanasında müalicə olunan, Cinayət Məcəlləsinin 177, 178, 181 və 310-cu maddələri ilə təqsirləndirilən Binəqədi rayon sakini Tural Abbasov, Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə təqsirləndirilən Elvin Nəsrullayev və Cinayət Məcəlləsinin 181-ci maddəsi ilə təqsirləndirilən Xırdalan şəhər sakini Razim Hacıyev və Şahbuz rayon sakini Yusif Məhərrəmov orada xidmətdə olan Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları - polis serjantı Vasif Rzaquliyevə və mülki mühafizəçi Tahir Dərgahova dəmir parçası ilə müqavimət göstərərək qapının qıfılını sındırıb oradan qaçıblar.
Sorğu
Yeni dizaynımız necədir?