GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Baş həkim ruhi xəstələrin qaçmasında işçiləri günahlandırdı

Baş həkim ruhi xəstələrin qaçmasında işçiləri günahlandırdı

Tarix: 28-11-2013, 14:52 Bölmə :Ölkə Baxış: 1 886
Baş həkim ruhi xəstələrin qaçmasında işçiləri günahlandırdı

Bakının Maştağa qəsəbəsindəki 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasından ruhi xəstələrin qaçmasından sonra xəstəxananın mühafizəsini təşkil edən polis əməkdaşlarının sayı artırılmasa da, keyfiyyət yüksəldilib. İndi xəstəxananın mühafizəsinin təşkilinə artıq daha təcrübəli və fiziki cəhətdən güclü, idmançı polislər cəlb olunub.

Bu barədə Trend-ə 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulov noyabrın 15-də xəstələrin xəstəxanadan qaçması ilə bağlı məqamlara aydınlıq gətirərkən bildirib.

Baş həkim hadisənin baş verməsində müəyyən səhlənkarlığa yol verildiyini də istisna etməyib:

"Hər kəs öz işini vicdanla aparsaydı, heç bir şey olmayacaqdı. Ya səhlənkarlıq ediblər, ya bilmirəm nə ediblərsə, bu hadisə baş verib. Həmin xəstələr xeyli müddət xəstəxanada müalicə olunublar. Psixologiyada belə bir sindrom var ki, girov götürülən şəxs vaxt keçdikcə cinayətkara polisdən daha çox hörmət edir. Hətta polis cinayətkarı vurmaq istəyəndə cinayətkarı müdafiə edir. Yəni, insanlar yanaşı işləyəndə bir-birinə qarşı sayıqlığı itir".

A.Rəsulov qeyd edib ki, bunun üçün sadəcə təcrübə lazımdır:

"Bizdə təcrübəli mühafizəçilər var. Tibb bacısı gəlir dəmir barmaqlıqlı qapının yanına, mühafizəçi görür ki, yaxınlıqda xəstə var, xəstəyə deyir ki, 3-4 addım geri çəkil. Xəstə geri çəkiləndən sonra qapını açır, tibb bacısını içəri işçi zonaya buraxır, sonra bağlayır. Xəstə isə 1-2 saniyəyə özünü qapıya çatdıra bilmir və mühafizəçi qıfılı bağlayır. Bu hadisə baş verən zaman isə tibb bacısı içəri girəndə 3 nəfər xəstə düz onun yanında olub. Qapını açan kimi xəstələr cumublar üstünə. Bununla da istədiklərinə nail olublar".

Onun sözlərinə görə, Azərbaycanda ruhi xəstələr barədə insanları maarifləndirməyə ciddi ehtiyac var: "Bu tipli ruhi xəstələrdə yaddaş pozulmur. Təfəkkürdə çox cüzi miqdarda pozuntular olur ki, bu da planlaşdırmaya heç bir təsir göstərmir. Bu xəstələrdə davranışda güclü pozuntular olur, özünü cəmiyyətdə normal apara bilmir.

Yəni, ruhi xəstə o demək deyil ki, heç nə başa düşmür, heç nə tanımır. O yalnız qocalıq psixozları və ya alzheimer xəstəlikləri zamanı olur. Camaatda belə bir fikir formalaşıb ki, ruhi xəstələr zəncirli dəlilərdir. Xüsusilə də, Maştağanın adı gələndə buranı dəlixana adlandırırlar. Bu, düzgün deyil. Bu istiqamətdə insanları maarifləndirməyə ehtiyac var".

Baş həkimin sözlərinə görə, qaçan xəstələrdən biri - 23 yaşlı Elvin Nəsrullayev bir neçə gün əvvəl polisin müşayiəti ilə könüllü şəkildə geri qayıdıb. Hazırda digər 4 xəstənin geri qaytarılması istiqamətində ciddi işlər aparılır.

Qeyd edək ki, noyabrın 15-də saat 06:15 radələrində Bakının Maştağa qəsəbəsində yerləşən 1 nömrəli Psixiatriya Xəstəxanasında müalicə olunan, Cinayət Məcəlləsinin 177, 178, 181 və 310-cu maddələri ilə təqsirləndirilən Binəqədi rayon sakini Tural Abbasov, Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə təqsirləndirilən Elvin Nəsrullayev, Cinayət Məcəlləsinin 181-ci maddəsi ilə təqsirləndirilən Xırdalan şəhər sakini Razim Hacıyev və Şahbuz rayon sakini Yusif Məhərrəmov orada xidmətdə olan Sabunçu rayon Mühafizə İdarəsinin əməkdaşları - polis serjantı Vasif Rzaquliyevə və mülki mühafizəçi Tahir Dərgahova dəmir parçası ilə müqavimət göstərərək qapının qıfılını sındıraraq oradan qaçıblar.

Psixiatriya Xəstəxanasından xəstələr qaçan zaman xidmətdə olan polis əməkdaşı, 1978-ci il təvəllüdlü Rəşad Nurəddin oğlu Həsənov bir gün sonra - noyabrın 16-da özünü binadan ataraq intihar edib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Paytaxtda ağır yol qəzası: yaralılar var

    Paytaxtda ağır yol qəzası: yaralılar var ...

    23-07-2016, 13:45

  • 
  • Bakıda qadın ərinin ürəyinə bıçaq sapladı - YENİLƏNİB

    Bakıda qadın ərinin ürəyinə bıçaq sapladı - ...

    23-07-2016, 13:33

  • 
  • Xəstəxanadan qaçan ruhi xəstələr tutuldu

    Xəstəxanadan qaçan ruhi xəstələr tutuldu ...

    19-11-2013, 11:49

  • 
  • Psixiatriya xəstəxanasından qaçanlardan biri yaxalanıb

    Psixiatriya xəstəxanasından qaçanlardan biri ...

    24-11-2013, 20:28

  • 
  • 1 saylı Ruhi Psixiatriya Xəstəxanasından qaçmaq istəyənlər beş nəfər olub

    1 saylı Ruhi Psixiatriya Xəstəxanasından qaçmaq ...

    22-11-2013, 13:30


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu