Gürcüstan mətbuatı sabiq prezident Mixeil Saakaşvili haqqında qəribə məqalə dərc edib. Yazıda Saakaşvili və ətrafının seks qalmaqalından bəhs edilir. gürcü mətbuatına istinadən xəbərə görə ""Qızılgül inqilabları" rəhbərlərinin dövlət hesabına əyləncələrinin tünd məqamları üzə çıxdı" adlı məqalədə keçmiş gürcü rəhbərlərinin eyş-işrətləri barədə məqamlara da toxunulur. Bununla bağlı bir neçə faktlar da göstərilir.
Həmin faktları qısa şəkildə təqdim edirik:
"Həftənin xronikası" adlı nəşr prezident administrasiyasındakı gizli mənbələrə istinadən iddia edir ki, keyf məclisləri üçün büdcədən küllü miqdarda vəsait çıxarılıb. Əvvəlki hakimiyyət xüsusi hesaba mailk olub və bu məbləğ Saakaşvilinin, eləcə də onun yaxın ətrafının əyləncələri üçün istifadə edilib.
Nəşr keçmiş baş nazir İvan Merabişvilinin də adını çəkir. Yazır ki, 2009-cu ilin sentyabrında Londonda dövlət vəsaiti hesabına gürcü nümayəndə heyətinin əyləncəsi üçün 10 min avro xərclənib.
Digər bir fakt kimi ötən ilin yanvarında sabiq prezident Saakaşvilinin Vaşinqton səfəri qeyd olunur və həmin səfər zamanı gürcü prezidentin qaldığı otelə dövlət hesabına 10 yerli fahişənin gətirildiyini iddia edir.
Məqalədə ən qalmaqallı epizod kimi NATO-nun Lissabon sammiti zamanı baş verənlər diqqət çəkir. Belə ki, həmin vaxt gürcü nümayəndə heyətinə Saakaşvilinin rəhbərlik etdiyi xatırladılır. Yazıda sammit zamanı gürcü hökuməti tərəfindən "Tiara Park Atlantic" mehmanxanasına 80 yerli fahişənin dəvət edildiyi qeyd olunur.
Sorğu
Yeni dizaynımız necədir?