gundemxeber.az xəbər verir ki, "Borçalı" Cəmiyyətinin sədri Zəlimxan Məmmədli indiki Gürcüstan hakimiyyətini Mixael Saakaşvili dönəmi ilə müqayisə edərək rəsmi Tiflis haqqında kəskin açıqlamalarda bulunub:
"Mixail Saakaşvilinin həyata keçirdiyi demokratik islahatlar Gürcüstanı səfalətdən, dünyanın sivil dövlətləri sırasına daşıdı. Saf qəlbli hər kəs bunu belə də dəyərləndirir. Onu söyərək, aşağılayaraq, daha gözəl Gürcüstan hayqıran indiki komanda nə Gürcüstanı, nə Cənubi Qafqazı, nə də dünyanı yeni heç nə ilə təəccbləndirə bilmədi. Əksinə, Saakaşvilinin məhv etdiyi mənfiliklər artmağa başladı, Gürcüstan Azərbaycan dostluğuna xələl gətirən addımlar atmaqdan çəkinmədilər. "Borçalı" Cəmiyyətinin barış və sülh platformasını gözdən salaraq Borçalı türklərinin fəal vətəndaş mövqeyi qazanmalarında maraqlı olmadıqlarını əyani formada nümayiş etdirdilər. Şəxsimi və müavinin Salman bəyi Gürcüstana buraxmamaqla, həm də Gürcüstanın gələcəyini şübhə altına almaqdan çəkinmədilər. Gürcüstanın indiki hakimiyyəti ciddi xətalar buraxmaqdadırlar. Bu durdurulmalıdır. Bu meyl təhlükəlidir. Gürcü xalqı "dur" deməyi bacaracağına inanıram. Çünki gürcü cəmiyyətini, gürcü xalqını yaxşı tanıyıram. Bir gürcü dostum öz milləti haqda maraqlı bənzətmə söylədi. Dedi ki, "gürcü milləti ana arı kimidir. Bal verməyən, xəstəlik gətirən arıları dərhal məhv edirlər. İqtidarlar millətin iradəsinə sayğısız olarsa onların aqibəti də belə olacaq". Uğurlu bənzətmədir. Hər bir gürcü bilməlidir ki, bizə, Borçalı Cəmiyyətinə daş atanlar gürcü xalqının dostları deyillər. Biz Gürcüstanın, gürcü xalqının, sülf və barışın ən sadiq dostlarıyıq."
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?