GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » İlhamə Quliyeva və ATV İlham Əliyevə qarşı

İlhamə Quliyeva və ATV İlham Əliyevə qarşı

Tarix: 21-12-2012, 13:07 Bölmə :Ölkə Baxış: 1 277
İlhamə Quliyeva və ATV İlham Əliyevə qarşı

Müğənni prezidentin səlahiyyətinə müdaxilə etdi, telekanal susdu


gundemxeber.az ATV telekanalındakı rəhbər dəyişikliyi hələ də gözlənilən nəticəni verməyib. Mətbuatda və internet portallarında sənət adamları arasında yaranan mübahisəli məsələlər Nanə Ağamalıyevanın “Gün keçdi” verilişində müzakirə edilir və burada fərqli mövqe sərgilənir. Həmin verilişdə hətta böyük sənətkarlar belə tənqid hədəfinə çevrilir. Məsələn, heç uzağa getməyək, götürək elə İbrahim Tatlısəs olayını. Aparıcı xanımın qonağı olan Nuridə Küskün bu kanaldan necə bir “göz” elədisə, bir də baxdıq ki, o boyda Tatlısəs Bakıdadır. Reklamın gücünə bir baxın....
Amma maraq doğuran bir məsələ var. Nə üçünsə N.Küskünü efirdə geninə-boluna təbliğ edən bu xanım aparıcı Tatlısəsin müəmmalı gedişini öz verilişində müzakirəyə çıxarmadı. Nə üçün? Səbəb çox sadədir.
N.Küskünün efir reklamının arxasında nələrin olduğunu elə N.Ağamalıyevanın özü bilirdi. Amma elə bilməyin ki, ATV-nin “Gün keçdi” verilişinin prodüseri bundan nəticə çıxarıb xalqı aldatmaqdan, çaşdırmaqdan çəkindi. Əksinə, arxa və dayağının böyüklüyünü daima hiss edən bu xanım dünən səhər İlhamə Quliyeva ilə birlikdə insanları ələ salmaqdan belə çəkinmədi. O, xalq artisti ilə birlikdə rəsmi sərəncamlara belə sayğısızlıq etdi.
İlhamə xanım veriliş boyu “Abbas Bağırov xalq artistidir. Ona xalq artisti titulunu mən verdim” deyə özünə və səsinə güc versə də, nədənsə aparıcı xanım qonağının səhvini belə düzətmək istəmədi. Görəsən niyə? Çünki primadonnanın “kəsdiyi başa sorğu-sual belə yoxdur”. N.Ağamalıyevada da o cəsarət hardadır ki, xanım Quliyevanın sözünün qarşısında söz demək iqtidarında olsun?
Məsələ ilə bağlı Abbas Bağırovla əlaqə saxladıq. O, AzNews-az-a açıqlamasında bildirdi ki, bütün bunlar İlhamə xanımın ona qarşı sevgisindən yaranır: “Bunlar hamısı çox istədiyindəndir. Nə olar deyəndə? Hamı bilir ki, mən əməkdar artistəm”.
“Axı A.Bağırovu xalq artisti kimi təqdim etmək prezidentin sərəncamına qarşıdır” sualı ilə İlhamə Quliyevaya edilən zənglərimiz isə cavabsız qaldı. Əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudbəyov isə bütün bunların səbəbini xalq artisti fəxri adının ucuzlaşması ilə əlaqələndirdi: “Titullar xalq arasında sevilən insanlara verilməlidir. Qabaq 50 yaşından tez əməkdar artist adı verilmirdi. Hər yerindən duran xalq artistidir. Bunlar fəxri ad alverçiləridir. Adamdan soruşan lazımdır, sən neynirsən xalq artistini? Sən şoumensən. Gündə bir ad peyda olur, bir dənə də titul çıxarsınlar - əməkdar şoumen. Versinlər bu televiziyada bitib qalanlara. Bunlar artist, sənətkar deyillər. Nə qədər ki, bu eybəcər hal Mədəniyyət və Turizm Nazirliyinin əli ilə olacaq, şəxsi münasibətlər hər zaman davam edəcək. Belə şey olar? İlhamə xanımın yəqin Abbasla salam-kəlamı var, öz mövqeyini bildirir. İki dənə toyda mahnı oxuyub ya yox, onu durub Alim Qasımova tay etməyəcəksən ki. Ay başınıza dönüm, belə də şey olar? Başımızı götürüb hara gedək? Soyunub, orasını-burasını çöldə qoyub iki mahnı oxuyana xalq artisti fəxri adını verirlər. Məscidin ağzı açıq olanda nə olar? Böyük həvəslə onların hamısını ləğv edərdim. Bu Afrikadan gələn vəhşi estrada kimə lazımdır? Özü çalır, özü oxuyur, özü doğur, özü də göbəyini kəsir. Bu belə asan şeydir? Cinayəti edirlər, cəzasızlıq da baş alıb gedir. Adam öldürmək fərdi şeydir. Kütləvi şəkildə xalqın mədəniyyətini öldürmək isə cinayətdir. Milli Məclis nəylə məşğuldur? Azərbaycan xalqının əxlaqını, mənəviyyatını göz görə-görə məhv edirlər. Yerindən duran soyunub, yaxası açıq, yubkasını qaldırıb efirə çıxır. O gün birinə dedim ki, aşağıdan yuxarı yubkanı qaldırırsan, yuxarıdan aşağı isə yaxanı dartırsan. Sən bu xalqa nə göstərmək istəyirsən? Oxumaq üçün lütlənmək lazımdır ki...?”

Bahar Rüstəmli
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İlhamə Quliyeva və ATV İlham Əliyevə qarşı

    İlhamə Quliyeva və ATV İlham Əliyevə qarşı ...

    21-12-2012, 12:17

  • 
  • İbrahim Tatlısəs ilk dəfə qızı ilə görüşdü

    İbrahim Tatlısəs ilk dəfə qızı ilə görüşdü ...

    4-05-2016, 00:37

  • 
  • İbrahim Tatlısəs illər sonra ilk dəfə oxudu (VİDEO)

    İbrahim Tatlısəs illər sonra ilk dəfə oxudu ...

    28-05-2013, 22:20

  • 
  • Aparıcı efirdə soyundu (FOTO)

    Aparıcı efirdə soyundu (FOTO) ...

    4-12-2013, 10:06

  • 
  • Daha bir neçə xalq artisti İlhaməyə etiraz etdi Şou-Biznes

    Daha bir neçə xalq artisti İlhaməyə etiraz etdi ...

    13-07-2013, 01:29


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu