Azərbaycanda çağırışçılar üçün həqiqi hərbi xidmətin vaxtının başlanma tarixinin dəyişdirilməsi müzakirəyə çıxarılacaq.
Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı “Hərbi xidmət haqqında” qanunun 14-cü maddəsinə dəyişikliklər təklif olunur.
Layihəyə əsasən, çağırışçılar üçün həqiqi hərbi xidmətin başlanğıc tarixi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən xidmət yerinə göndərildiyi gündən hesablanacaq.
Hazırda qüvvədə olan maddəyə görə isə çağırışçılar üçün həqiqi hərbi xidmətin başlanğıcı hərbi hissəyə göndərilməkdən ötrü Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə gəldikləri gündən hesablanır.
Layihənin yaz sessiyasında parlamentdə müzakirəyə çıxarılması gözlənilir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?