GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Məmur savaşı Azərbaycanda siqaretin qiymətini 50 faiz bahalaşdıracaq -ÖZƏL

Məmur savaşı Azərbaycanda siqaretin qiymətini 50 faiz bahalaşdıracaq -ÖZƏL

Tarix: 21-11-2013, 00:29 Bölmə :Ölkə Baxış: 694
Məmur savaşı Azərbaycanda siqaretin qiymətini 50 faiz bahalaşdıracaq -ÖZƏL

İxraca qadağa qoyulan ölkədə, idxala nədən heç bir məhdudiyyət tətbiq olunmur?

3 ildir ki, Azərbaycanın Milli Məclisi ictimai yerlərdə siqaret çəkilməsini qadağan edən qanunu qəbul edə bilmir. Axı bu qədər mütərrəqi olan bir ideyanın dəstəklənməsi niyə baş vermir? Dünyanın əksər dövlətlərində bu qanun qüvvədədir. Hər dəfə də buk imi təşəbbüslər ortaya çıxanda siqaretə qadağa qoyan qanun layihəsi təxirə düşür. Səbəb nə olursa-olsun bu qanun qəbul edilməsində dövlət maraqlı olmalıdır.
Ən son məlumatlara əsasən Azərbaycanda qapalı yerlərdə siqaret çəkilməsinə qadağa qoyulmasını nəzərdə tutan “Tütün istehlakının məhdudlaşdırılması haqqında” qanun layihəsi yaxın iki il ərzində Milli Məclisdə müzakirəyə çıxarılmayacaq.
Milli Məclisdən verilən məlumatlaraa görə, layihə yaz sessiyasının gündəliyinə daxil edilməyib, növbəti sessiyaların gündəliyinə salınması da gözlənilmir. Səbəb isə layihə ilə bağlı bir sıra mübahisəli məqamların hələ də həllini tapmamasıdır.
Layihəyə əsasən, ictimai nəqliyyatın bütün növlərində, kinoteatrlarda, idman yarışları və konsertlərin keçirildiyi qapalı məkanlarda, təhsil müəssisələrində və şadlıq evlərində, xidmət obyektlərində siqaret çəkilməsinin qadağan edilməsi nəzərdə tutulur.
Layihədə 3 qapalı müəssisə ilə bağlı istisnalar var. Bunlar qocalar evləri, həbsxanalar və ruhi-əsəb dispanserləridir. Bu məkanlarda siqaret çəkilməsinə icazə verilir.
Qadağaları pozanlara qarşı cərimələrin məbləği Inzibatı Xətalar Məcəlləsinə uyğun müəyyənləşdirilməli idi.
Lakin Azərbaycanda siqaret bazarında milyonlar uğrunda gedən məmur savaşı o qədər yüksək dairələrə nifuz edib ki, bazarda hansısa məhdudiyyətlər tətbiq etmək çətinləşir. Ölkənin siqaret bazarında qaçaqmalçılıq böyük bir miqyasda kimlərinsə milyonlarla manat gəlir mənbəyi deməkdir.Hələ də Azərbaycanda, xüsusi də paytaxt Bakıda aksizsiz siqaret məhsullarının satıldığına rast gəlmək olar. Bu məhsulların ölkəyə sadə vətəndaşlar tərəfindən gətirilmədiyi, gömrükdən aksanlıqla keçirilmədiyi hər kəsə bəllidir.

Görünür siqaret bazarı o qədər yüksək dairələrdən himayə olunur ki, bu bazara ən kiçik hətta ictimai mütərəqqi əhəmiyyət kəsb edən məhdudiyyətlər belə tətbiq oluna bilmir. Azərbaycanda siqaret məhsullarının qiymətini isə bir ən yaxşı halda iki nəfər tənzimləyir. Bu barədə qəzetimizə maraqlı bilgilər verən mənbə iddia edir ki, gömrükdə siqaret monopoliyasına nəzarət edən çox böyük bir broker firması var.

Uzun illərdir ki, ölkənin daxili bazarında siqaret ticarətinə nəzarət etmək uğrunda bir mübariz getməkdədir. Məsələn son 2-3 ilə qədər siqaret bazarının mühim bir hissəsinə millət vəkili Cavanşir Feyziyev nəzarət edirdi. Lakin sonradan deputat siqaret biznesindən birmənalı olaraq çəkilərək dərman biznesindəki mövqelərini möhkəmlətdi. Bir qədər də əvvələ getsək, siqaret bazarında «Nurgün» Holdinqin prezidenti Nuru Əhmədovun da payının olduğu söylənilirdi. N.Əhmədov da bazardan asanlıqla vurularaq digər sahələrə keçdi. İndi siqare bazarının tam olaraq kimin nəzarətində olmasına dair bilgilər yoxdu.

Azərbaycanda siqaret aludəçilərinin sayı, ölkədə satılan siqaretin həcmi və sair barədə də Dövlət Statistika Komitəsinin heç bir rəsmi hesabatına rast gəlmək mümkün deyil. Bazar o qədər xaotikdir ki, burada Dövlət Gömrük Komitəsinin idxalla bağlı verəcəyi rəqəmləri, daxildə istehsal olunan və satılan tütün məhsullarının həcmini müəyyənləşdirmək qəliz bir işə çevrilib. Bu xaotik və qeydiyyatsız olan müstəvidə isə daha çox bazarda xaos hesabına milyonlar qazanan bir neçə nəfər şəxs var. Zaman-zaman mətbuatda siqaret mafiyasının başında duranların kimliyi ilə bağlı müxtəlif versiyalar səslənib. Lakin bu versiyalar özünü tam doğrultmayıb.

Aldığımız məlumatlara əsasən bu ilin əvvələrində hətta nəqliyyat naziri Ziya Məmmədov da tütünçülüklə məşğul olmaq üçün təşəbbüslər göstərib. Lakin onun bu təşəbbüsləri demək olar ki, elə təşəbbüs olaraq qalıb.

Azərbaycanda tütün tədarükü, tütün məhsullarının istehsalı barədə bəzən ziddiyyətli statistikalara rast gəlirik. Bəzən tədarük edilən tütün məhsullarıenın statistik məlumatları ilə istehsal edilən məhsulların arasında ciddi fərqlər yaranır.

Aldığımız ən son məlumatlara əsasən ilin sonundan etibarən ölkədə siqaretin qiymətində kəskin artım müşahidə olunacaq.
Məlumatlarda bildirilir ki, Azərbaycanda tütün memulatlarının əsas istehsalçısı olan "European Tobacco-Baku" ASC-nin səhmlerinin böyük qismi məşhur xarici şirkətlərdən birinə satılıb. Zavodda siqaret istehsalı ilə bağlı yeniliklərin tətbiqi və yəni sistemin qurulması gözlenilir. Bu sebebden de yaxın aylarda ölkədə siqaretin qiyməti artacağı proqnozu var.
Xatırladaq ki, cari ilin əvvəlində həm yerli, həm də idxal olunan siqaretin qiymətində 10 qəpik artım olub. "European Tobacco-Baku” ASC –dən bu barəde heç bir məlumat verməsələr də, mütəxəssislər qiymət artımının olacağını tesdiqləyirlər. Ancaq problemlərdən biri də odur ki, qiymətlərdə artım olsa da, helelik ölkəmizdə siqaretdən istifadə edənlərin sayında azalma ve durğunluq müşahide edilmir. Əksinə, onların sayında artım var. Onu da qeyd etmək lazımdır ki, bu gün siqaret çəkənlərin arasında azyaşlıların payı üstünlük təşkil etməyə başalyır.

Nəzərə alsaq ki, Azərbaycana siqaret mehsulları Rusiyadan da idxal olunur. O cümlədən Rusiayadan siqaret istehsalı üçün müəyyən xammal da idxal olunur. Rusiya siqaretin müeyyenleşdirilen aksizinin artırılması ilə bağlı qərar qəbul etdi. Güman olunur ki, Rusiyadan gələn siqaretlərin qiymətində artımlar müşahidə olunacaq. O baxımdan Rusiyada qiymət artımı müşahidə olunarsa, birmənalı şəkildə Azərbaycan bazarına təsir edəcəyi gözlenilir.

Eyni zamanda "European Tobacco-Baku" ASC-nin səhmlerinin bir qismi xaricilər tərəfindən alınıbsa, burada müəyyən yenidənqurma işlərinin aparılacağı və eyni zamanda avadanlıqların deyişəcəyi gözlenilir. Ona görə də indiki halda Azərbaycanda siqaret istehsalçısı olan şirkət daha keyfiyyətli siqaret istehsal etmək istəyindedir. Yeni avadanlıqların quraşdırılması birmenalı şekilde istehsal olunan siqaret məhsullarının keyfiyyətini, eləcə də xercinin artmasına getirib çıxaracaq. Yaxın vaxtlarda siqaretin qiymetinde təxminən 15 % artım müşahide oluna bilər. Ekspertlər hesab edirlər ki, 80 qəpiyə olan siqarətlər təxminən 95 qəpik, hətta güman olunur ki, yuvarlaqlaşdırılaraq 1 manata teklif olsun.
Hətta siqaretlərin qiymətində 50 qəpiyə qədər yüksəlmə gözlənilir. Ona görə də qiymət artımlarının olacağı istisna edilmir. Artım eyni zamanda idxal olunan siqaretlerin qiymətində də müşahidə olunacaq. Ancaq onu da nəzərə alaq ki, yalnız Rusiya yox, həm də dünya bazarında qiymetlərdə artım müşahidə olunmaqdadır. Tütün istehsalının 2012 – ci ildə azalması ilə bağlı 2013 – cü ildən başlayaraq dünya bazarında siqaret məhsullarının qiymətində artım var. Hazırda dünya bazarında siqaret mehsullarının qiymetinde texminen 7 % -ə yaxın artım müşahidə olunur. Bu artım ölkəyə gətirilən xarici siqaret məhsullarına da təsir göstərəcək. Bu artımın təxminən 15 % intervalında baş verəcəyi gözlenilir.

Qiymət artımlarının baş verməməsi üçün bazarı nəzarətdə saxlayan monolistlərə xəbərdarlıqlar edilsə də, artıq onlar qiymətləri aşağı səviyyədə qoruyub saxlaya bilmədiklərini dilə gətirirlər. Bu sahədə salışan iş adamlarından biri, daha doğrusu vasitəçi olan kiçik sahibkar «Gündəm xəbər»ə açıqlamasında dedi ki, qiymətləri ilin əvvəlindən etibarən 1-2 qəpiklik maya dəyəri artımlarına baxmayaraq qaldırmırlar. Lakin Rusiyadan idxal edilən tütün və tütün məhsullarına tətbiq edilən rüsumlar idxalçı tərəfindən artırıldığından stabilliyi qoruyub saxlamaq mümkünsüzləşib.
Həmsöhbətimiz bildirir ki, əgər bazarda sağlam rəqabət mühiti yaradılsa, o zaman qiymətlərin aşağı düşməsinə nail olmaq olar. «Məsələn İrandan Azərbaycana tütün məhsullarının idxalına birmənalı olaraq qadağalar tətbiq edilir. Bu ölkədən Azərbaycana kiçik qutuları nəzərə almasaq demək olar ki, siqaret məhsulları idxal olunmur. Eyni zamanda qonşu Gürcüstan Türkiyədən və Rumuniyadan siqaret idxal etsə də, Azərbaycanda bu ölkələrdən siqaret idxal etməyə qadağalar var» deyə iş adamı bildirdi.
Əlavə etdi ki, qiymətlərin artımının qarşısını almaq üçün hansısa inzibati resurslar işləməyəcək.

Apardığımız araşdırmalar zamanı məlum oldu ki, əslində idxala nəzarət edən şəxslər daxili bazar üçün ölkə içində istehsal edilən siqaret məhsullarının qiymətinə də təsir edə bilirlər. Hətta bu sahədə çalışan adamlar deyirlər ki, daxili istehsalçılarla, idxalçılar əsldində bir mərkəzə tabe olan adamlardırlar. O səbəbdən də qiymətlərin tənzimlənməsi məsələsində eyni qərar həm daxili istehsalçıya, həm də brokerlərə təsir edir. Nəticə etibarilə də bazarda qiymət siyasəti bir qayda olaraq tənzimlənir.

Yanvar ayından etibarənsə, Azərbaycan bazarında siqaretin aylardır ki, toplanan qiymət artımları rəsmiləşəcək. Hətta bu prossesin böhran həddinə çatacağı da istisna olunmur. Bundan başqa Azərbaycandan xarici ölkələrə tütün aparılmasını qadağan edən qanunların da işləməsi ölkədə vəziyyəti bir qədər də çətinləşdirir. Statistika göstərir ki, bu qanun qəbul ediləndən sonra Azərbaycan ərazisində tütün əkilməsi 2 dəfəyədək azalıb.

Ölkə daxilində siqaret bazarının tam nəzarətə götürülməsi üçün tətbiq edilən bu mürtəce qanun artıq insanların həyat tərzinə də ağır təsir göstərib. Hətta Azərbaycanın cənub – qərb rayonlarında belə insanlar öz həyatyanı sahələrində əkdikləri tütünü kənara çıxarıb satmaq üçün bazar tapa bilmirlər. Maraqlıdır ki, ölkəyə siqaret idxzalı ilə bağlı olaraq tətbiq edilən gömrük rüsumları da aşağı deyil. Sahibkarlar iddia edirlər ki, rüsumlar yüksək olduğundan bazar monopolistləri xammal şəkilində tütünü gətirərək daxildə qablaşdırır və satışa çıxarırlar. Burada daha bir ədalətsizlik ortaya çıxır. Axı necə ola bilir ki, ölkədən kənara tütün ixracına qadağalar tətbiq edildiyi təqdirdə, idxala heç bir məhdudiyyət qoyulmur. Hətta əlverişli şərtlərlə xammalın Azərbaycana daxil olması üçün şərait yaradılır? Təbii ki, burada mühim olan məqam odur ki, bazarın «sahibləri» üçün əlverişli şərait yaradılsın.

Qiymətlərin artımı isə qaçılmazdır.

Orxan
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İctimai yerlərdə siqaret çəkənlər cərimələnəcək

    İctimai yerlərdə siqaret çəkənlər cərimələnəcək ...

    30-12-2013, 12:04

  • 
  • Siqaretə məhdudiyyət qoyula bilər

    Siqaretə məhdudiyyət qoyula bilər ...

    3-06-2016, 16:37

  • 
  • Deputatlar “etik davranış kodeksi”nə ehtiyac görmədilər

    Deputatlar “etik davranış kodeksi”nə ehtiyac ...

    2-09-2013, 11:53

  • 
  • Milli Məclis noyabrın 22-də toplanacaq

    Milli Məclis noyabrın 22-də toplanacaq ...

    17-11-2013, 10:40

  • 
  • Azərbaycanda aksiyalarla bağlı növbəti qadağa

    Azərbaycanda aksiyalarla bağlı növbəti qadağa ...

    26-11-2013, 11:41


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (74)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu