Vəkil Elçin Sadıqov bu gün MTN-nin İstintaq Təcridxanasında saxlanılan jurnalist, hüquq müdafiəsiçi Pərviz Həşimli ilə görüşüb. Bu barədə məlumat verən vəkilin sözlərinə görə, P.Həşimlinin səhhəti çox pisdir:
“Bildirdi ki, onun belə şəraitdə saxlanılması faktiki olaraq işgəncədir, qeyri-insani və insan ləyaqətini alçaldan rəftardır. Bu üsulla onu həyatdan bezdirmək, özünə ümidsizlik, inamsızlıq və acizlik yaratmaq istəyirlər. Onun sağlamlığına qəsd edirlər. Həyatına olan təhlükədən qorxduğu üçün yeməkləri də yeyə bilmir. Özünü çox halsız hiss edirdi. Bildirdi ki, sabah istintaq təcridxanasının rəisinə məktub yazıb gələn həftənin birinci günündən aclıq aksiyasına başlayacaq. Tələbi isə ailəsi ilə görüşə icazə verilməsi, insan həyatına təhlükəli olmayan və insan ləyaqətini alçaltmayan şəraitdə saxlanılması üçün Bakı İstintaq Təcridxanasına köçürülməsi və müdafiə hüququnun həyata keçirilməsinə şərait yaradılması, dövlət orqanlarına və məhkəmələrə özünün yazdığı şikayətlərinin göndərilməsidir”.
Vəkil qeyd edib ki, bu gün görüşdən çıxandan sonra yazdığı qeydlər alınaraq sürəti çıxarılıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?