Qubanın ucqar dağ kəndində bir ailənin 4 üzvündə aşkarlanan irsi xəstəlik ailəni olduqca çıxılmaz vəziyyətə salıb. Ailənin 3 oğlan və 1 qız övladı 16 yaşına qədər səhhəttində heç bir problem olmadan yaşasa da, 16 yaşı tamam olduqdan sonra ayaqları iflic olur. Xəstəlik irsi olaraq keçir. Belə ki, nəslin digər üzvlərində də bu xəstəlik müşahidə olunur. Ailə başçısı Rizvan Babayev 10 il bundan əvvəl bu vəziyyətə dözə bilməyərək intihar edib. Hazırda 4 iflic övlada ana Safura Babayeva baxır. [media=http://www.youtube.com/watch?v=-pX2Gd1ZSjU#t=44]
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?