"Yeni Müsavat" qəzetinin və "Minval.az" saytının analitik qrupu "2012-ci ilin adamı"nı müəyyənləşdirmək üçün ekspert sorğusu keçirib. Sorğuda bir sıra tanınmış siyasətçilər, ictimai xadimlər, jurnalistlər, qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak ediblər. Sorğunun hər bir iştirakçısı öz qənaətinə görə, "İlin adamı" nominasiyasının qalibi olmağa layiq gördüyü bir və ya iki adamın adını çəkə bilərdi.
Rəy sorğusunun nəticəsi olaraq 10 şəxsin adı göstərilib. Sorğunun nəticələrinə dair faiz göstəricilərini yuvarlaq şəkildə təqdim edirik:
Elşad Abdullayev - 40% Rüstəm İbrahimbəyov – 15% Ramil Səfərov -13% İsa Qəmbər – 9% Əli Kərimli – 7% Nigar Yaqublu– 5% Rafiq Əliyev - 4% Xədicə İsmayılova – 3% Gülər Əhmədova – 2% Leyla Yunus – 2%
Göründüyü kimi, "2012-ci ilin adamı"nı müəyyən etmək üçün keçirilən sorğuda fəaliyyəti dayandırılmış ABU-nun sabiq rektoru Elşad Abdullayev inamlı qələbə qazanıb. Təxminən hər ikinci sorğu iştirakçısı onun adını yazıb.
Sorğunun bu cür nəticələnməsi xeyli dərəcədə qanunauyğundur. Çünki "azərbaycanlı Culian Assanj" rolunda çıxış edən Elşad Abdullayev yaydığı qalmaqallı videoçarxlarla artıq dördüncü aydır ki, Azərbaycan cəmiyyətini intizarda saxlayır. Onun yaydığı videomateriallar hakimiyyət təmsilçilərinin korrupsiya bataqlığında batmalarını ifşa edir. Abdullayevin yaydığı ifşaedici videoçarxlar serialı ölkədəki situasiyanı partlatmağa qadirdir və davam etməkdədir.
Sorğu keçirənlər qalibi - ehtimala görə, hazırda yeni video-bomba hazırlamaqda olan Elşad Abdullayevi təbrik etdiklərini bildirirlər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?