"Azərbaycan Hava Yolları" (AZAL) Bakı-Simferopol-Bakı və Bakı-Lvov-Bakı istiqamətindəki aviabiletlərin qiymətini aşağı salıb.
Virtualaz.org bildirir ki, AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərlinin ANS PRESS-ə verdiyi məlumata görə, Bakı-Lvov-Bakı aviareysinin qiyməti yığım və rüsumlar da daxil olmaqla сəmi 346 avro , Bakı-Simferopol -Bakı aviareysinin qiyməti isə yığım və rüsumlar da daxil olmaqla 352 avro olub.
M.Səfərli 2012-ci il iyun ayından AZAL-ın Bakı-Lvov üzrə birbaşa uçuşlara başladığını da söyləyib. Hər iki istiqamətə bir aviabiletin minimal qiyməti 418 manat təşkil edib.
AZAL rəsmisi onu da əlavə edib ki, yaxın vaxtlarda başqa aviareyslərdə qiymətlər aşağı salınmayacaq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?