“Azeri Retail” MMC-də yol verilmiş qanun pozuntuları ilə bağlı cinayət işi başlanb.
Baş Prokurorluğun mətbuat xidmətindən qafqazinfo-ya verilən məlumata görə, “Azeri Retail” MMC-nin “Səbət” marketlər şəbəkəsində yol verilmiş qanun pozuntuları barədə həmin cəmiyyətdən daxil olmuş materiallar Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb.
Araşdırmalar zamanı cəmiyyətin “Səbət” marketlər şəbəkəsinin müdiri vəzifəsində işləmiş Seymur Məmmədov və Rac Heydərovun həmin vəzifədə işlədikləri müddətdə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə maddi məsuliyyətlərinə verilmiş malların satışından əldə edilən 102.973 manat məbləğində vəsaiti mənimsəyərək cəmiyyətə külli miqdarda ziyan vurmalarında əsaslı şübhələr olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?