GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Sumqayıtda yanan bazarın sahibi 3 milyon “irəli düşdü”

Sumqayıtda yanan bazarın sahibi 3 milyon “irəli düşdü”

Tarix: 23-11-2013, 15:23 Bölmə :Ölkə Baxış: 993
Sumqayıtda yanan bazarın sahibi 3 milyon “irəli düşdü”
O, yeni ticarət mərkəzi tikdirir, “Karvan”da “yanan” xırda ticarətçilər isə...

“Ticarət mərkəzinin sığortası vardı. Həmin yanğın hadisəsindən bir neçə gün sonra sahibi 3 milyon manat sığortasını aldı, elə yaxınlıqda birini də tikir. Vay bizim halımıza...”

Bunu Sumqayıtdakı “Karvan” ticarət mərkəzindəki yanğından əziyyət çəkən xırda sahibkarlar deyir. Onların sözlərinə görə, yanğından bir ay ötdü. Yanmış “Karvan” ətrafında bir ayda nələr baş verdi?

Ticarət mərkəzində mağazası olmuş xırda sahibkarlar virtualaz.org saytının müxbirinə ünvanladıqları şikayətlərində deyirlər ki, banklardan götürdükləri kreditlərin aylıq ödənişləri bir neçə aylığa dondurulub. Ancaq onlar bu don açıldıqdan sonra vəziyyətlərinin daha da ağırlaşacağını bildirirlər.

“Karvan”da böyük geyim mağazalarından olmuş “Murassimo”nun və daha bir neçə kiçik geyim mağazalarının sahibi Muxtar İsgəndərzadənin sözlərinə görə, ən böyük zərər “Murassimo”ya dəyib - 320 min manat.

Qalan mağazalara da xeyli zərər dəyib - ümumi zərər 700 min manat civarındadır.

Banklardan götürdüyü kreditlərin aylıq ödənişləri dondurulsa da Muxtar İsgəndərzadəni 4-5 aydan sonrakı vəziyyət narahat edir: “Ödənişlər 4-5 aylığa dondurulub. Bu isə çıxış yolu deyil. Yəqin ki, mart ayından banklar qapılarımızı döyməyə başlayacaqlar. Üstəlik, indi dondurulmuş aylıqlarımız 4-5 aydan sonra ödəməyə başlayacağımız borclara əlavə ediləcək və gələcək borclarla yanaşı hazırkı borcları da ödəyəcəyik. “Karvan”ın sahibi sığortasını aldı və yeni bazar tikir. Biz isə evlərimizi də banklarda girov qoymuşuq. Şəxsən mənim 700 min manatlıq malım yanıb”.



“Karvan”dakı mağazalarda alver edənlər mallarını sığortalatmamışdılar. Bu üzdən də onlara dəyən zərər ödənilməyəcək.

Ticarət mərkəzində xırda ticarətçilərdən olmuş və yanğından 160 min manat zərər çəkmiş Eldar Babayev deyir ki, iki qoçun buynuzlaşması xırda ticarətçilərin başında çatlayıb: ““Karvan”ın sahibi icra başçısı ilə dolanmırdı, icra başçısı da sahibkarın ad günündə “Karvan”dakı yanğını ona “sürpriz” elədi. Sahibkara nə var ki... Birini də tikir. Zərbə bizə dəydi. Başçı sahibkarı yox, bizi pis vəziyyətdə qoydu. Evim bankda girovda, özüm də boğaza qədər borcun içində. Ailə üzvlərimə də demişəm, banklar dirəniş göstərsələr, özümü öldürəcəyəm. Bundan əvvəlsə bütün xarici səfirliklərə gedib məmurlarla sahibkarlar arasında yemə çevrildiyimizi yazıb qoyacam”.

“Karvan”ın sahibi AğamirzəƏhədov yanğından bir-iki gün sonra ticarət mərkəzinin ikinci mərtəbəsində mağazaları yanmış xırda ticarətçilərlə görüş keçirmişdi. Onlara əlindən gələn köməyi edəcəyini bildirmişdi. Ancaq ticarətçilər deyirlər ki, sahibkarı sonuncu dəfə elə yanğından iki gün sonra görəndirlər. Özünü görə bilməsələr də sorağını hər gün eşidirlər - sığortasını alıb, tikintisi ilə məşğuldur...

Bir sözlə, yanğından bir ay ötdü, sahibkarın başı yeni ticarət mərkəzinin tikintisinə qarışdı. Deyəsən, vəd də yaddan çıxdı...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Yanan “Karvan” çökdü: ölən və yaralananlar var

    Yanan “Karvan” çökdü: ölən və yaralananlar var ...

    29-10-2013, 17:25

  • 
  • "Karvan"ın sahibi yoxa çıxıb-İDDİA

    "Karvan"ın sahibi yoxa çıxıb-İDDİA ...

    13-10-2014, 15:13

  • 
  • DİN Sumqayıtda “Karvan” ticarət mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb

    DİN Sumqayıtda “Karvan” ticarət mərkəzində baş ...

    10-10-2014, 13:42

  • 
  • "Univermaq Zaman" "Karvan”lı sahibkarları ələ aldı

    "Univermaq Zaman" "Karvan”lı ...

    22-10-2013, 13:57

  • 
  • İki dəfə yandırılan ticarət mərkəzinin əsl sahibi üzə çıxdı – Ziya Məmmədov…

    İki dəfə yandırılan ticarət mərkəzinin əsl sahibi ...

    4-11-2014, 12:03


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu