GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Rauf Abdullayevin cibindən tapılan şəkilin arxasında nə yazılıb?

Rauf Abdullayevin cibindən tapılan şəkilin arxasında nə yazılıb?

Tarix: 24-11-2013, 11:40 Bölmə :Ölkə Baxış: 937
Rauf Abdullayevin cibindən tapılan şəkilin arxasında nə yazılıb?
Asılmış vəziyyətdə aşkarlanan bankirlə bağlı yeni xəbər
“Bank of Baku”nun Əməliyyat Mərkəzinin şöbə müdiri Rauf Abdullayevin müəmmalı intiharı ilə bağlı araşdırmalar davam edir. İstintaqçılar R.Abdullayevin hansı səbəbdən intihar etməsini aydınlaşdırmağa çalışırlar. İstintaqa yaxın mənbədən “Yeni Müsavat”a daxil olan məlumata görə, R.Abdullayevi tanıyan şəxslər dindirilərkən onun hər hansı bir problemi olması müəyyən olunmayıb. Mənbə R.Abdullayevin özünü asmağa hazırlaşması fikrini yaradan daha bir məqamın müəyyən edildiyini deyib: “Rauf Abdullayevin meyiti asılmış vəziyyətdə aşkarlanandan sonra istintaqçılar onun əynindəki geyimin cibindən özünün fotosunu tapıblar. Həmin fotonun arxasında ”qəbirimin üstünə bu fotomu vurdurarsız" sözləri yazılıb".

Mənbə bildirib ki, R.Abdullayevin meyitinin aşkarlandığı qazanxana işçisi də dindirilib: “Həmin işçi istintaqçılara deyib ki, Rauf Abdullayevi hadisədən az əvvəl çalışdığı bank binasının damında görüb. Səhər saat 7-8 radələrində Rauf Abdullayevin binanın damında gəzməsinə təəccüblənən şahid heç bir söz demədən qazanxana binasına girib. Az sonra isə qazanxanaya çəkilmiş əsas qaz borusundan bir nəfərin asılmış vəziyyətdə tapılmasını eşidib. Ora gedəndə bu şəxsin bir qədər əvvəl damda olan Rauf Abdullayev olduğunu görüb”.

Mənbə bildirib ki, istintaq hazırda bir neçə versiya üzərində işləyir: “Belə məlumatlar olub ki, Rauf Abdullayevin çalışdığı banka 90 min manat borcu olub. Bu məlumatın nə dərəcədə doğru olması nəzərdən keçirilir. Rauf Abdullayev maddi baxımdan çətinlik içində yaşayan olmayıb. Bu gün də ona məxsus bahalı avtomobil bank binası qarşısındadır. Həmin maşının 90-100 min manat qiyməti olduğu da deyilir. Yəni bu şəxsin maddi sıxıntı üzündən intihar etməsi inandırıcı görünmür. Buna görə də istintaq hər bir məlumatı diqqətlə araşdırır”.

Qeyd edək ki, noyabrın 20-də səhər tezdən Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 63/65 ünvanda yerləşən “Bank of Baku”nun Əməliyyat Mərkəzinin yerləşdiyi binanın arxasında qaz borusundan asılmış kişi meyiti aşkarlanıb. Məlum olub ki, asılmış vəziyyətdə meyiti aşkarlanan şəxs uzun illər bankın “Problemli kreditlər şöbəsi”nin müdiri vəzifəsində çalışan 1956-cı il təvəllüdlü Rauf Abdullayevdir. Onun həyat yoldaşı yoxdur. 1 qızı var və o, ailə həyatı quraraq ayrı mənzildə yaşayır. Mərhum hər gün işdən qayıdandan sonra qızı ilə danışarmış. Noyabrın 19-da isə belə olmayıb. Buna görə də R.Abdullayevin kürəkəni bütün tanışlarından onu xəbər alıb. Lakin kimsə R.Abdullayevin işdən çıxaraq hara getməsi haqda məlumatlı olduğunu deməyib. Bundan sonra onun kürəkəni hüquq mühafizə orqanlarına üz tutub və R.Abdullayevin meyiti aşkar edilib.
Hazırda faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci - özünü öldürmə həddinə çatdırma maddəsi ilə araşdırma aparılır. Cinayət işinin araşdırılmasında Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsi müstəntiqlərinin də iştirak etməsi haqda məlumatlar var.
Xatırladaq ki, bu intihar Azərbaycanın bank sektorunda ilk deyil. Ötən ilin bu günlərində Azərbaycan Sənaye Bankının şöbə müdiri, 33 yaşlı Seymur Səmədov itkin düşmüşdü. Sonradan onun meyiti Xəzər dənizində aşkarlandı. Bu günə qədər S.Səmədovun müəmmalı ölümünün səbəbi ictimaiyyətdən gizli saxlanılır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Bank of Baku”nun əməkdaşı özünü asdı

    “Bank of Baku”nun əməkdaşı özünü asdı ...

    20-11-2013, 12:47

  • 
  • Özünü öldürən bank işçisinin son yazdığı məktub

    Özünü öldürən bank işçisinin son yazdığı məktub ...

    22-11-2013, 11:55

  • 
  • ANS-in meyiti tapılan işçisi Elşad Abdullayevin cangüdəni olubmuş (FOTO)

    ANS-in meyiti tapılan işçisi Elşad Abdullayevin ...

    28-10-2013, 23:11

  • 
  • "Mənə məlumatı Hüseyn Abdullayevin anası demişdi"

    "Mənə məlumatı Hüseyn Abdullayevin anası ...

    9-07-2013, 12:02

  • 
  • Elşad Abdullayevin qayınatası danışdı

    Elşad Abdullayevin qayınatası danışdı ...

    12-11-2013, 16:57


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu