GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » "Cəlilabad" hərraca çıxarılıb

"Cəlilabad" hərraca çıxarılıb

Tarix: 22-12-2012, 12:47 Bölmə :Ölkə Baxış: 2 200
"Cəlilabad" hərraca çıxarılıb
İcra başçısı Əziz Əzizov rayonu məhv edərək yerində obyektlər tikdirir

gundemxeber.az Cəlilabadın icra başçısı Əziz Əzizovun rayonu viran qoyması barədə dəfələrlə yazılıb. Təəssüf ki, icra başçısı yazılanlardan nəticə çıxarmaq əvəzinə "talan əməliyyatı"nı davam etdirir. Bu gün Cəlilabad sotlara bölünərək hərraca çıxarılıb. 9 dekabrda rayonda özünün təntənəli ad gününü qeyd edən Əziz Əzizov 2006-cı ildən bəri Cəlilabada və cəlilabadlılara qarşı qənim kəsilib. İcra başçısı altı il müddətində rayonu 60 il geri salıb.

35 min Göytəpə sakinləri Əziz Əzizovun əlindən fəryad edirlər

Əziz Əzizov rayonun yaşıllığını məhv edərək tikinti meydançasına çevirib. Cəlilabadda bütün istirahət parklarının ərazisi satılıb. Onların yerində çayxana, ticarət obyektləri və kafelər tikilib. Əziz Əzizov 100 hektardan artıq sahəsi olan rayon parklarının demək olar ki, "anasını ağladıb". Rayonda icra başçısının göstərişi ilə meşə zolaqları məhv edilib. Lakin icra başçısının ürəyi soyumayıb. O, rayonun 14,7 min hektar meşə ərazisini də hərraca çıxarıb. Əziz Əzizov qısa zaman kəsiyində rayonun şimalında yerləşən meşə massivini darmadağın edib. İcra başçısının tapşırığı ilə 800-dən artıq ağac kəsilərək yerində müxtəlif obyektlər tikilib. Amma Əziz Əzizovun gözü yenə doymayıb. İcra başçısı rayonun Göytəpə ərazisinə gedən su xəttini də kəsdirərək satıb. 35 minə yaxın Göytəpədə sakini hal hazırda Əziz Əzizovun əlindən su deyib fəryad edirlər.
Göytəpə qəsəbəsində sakinlər öz vəsaitləri hesabına park salıblar. Sakinlər parkda skamyalar və fəvvarə quraşdırmağı planlaşdırdıqları bir vaxtda parkın yeni "sahibi" peyda olub. Həmin şəxs icra hakimiyyəti tərəfindən bu ərazinin ona satıldığını bildirib və əlavə edib ki, o, parkın yerində obyekt tikmək niyyətindədir. Sakinlər isə onun nəzərinə çatdırıblar ki, yaşıllığın məhv edilərək yerində obyekt tikilməsinə imkan verməyəcəklər. Beləliklə də sakinlərlə parkın "yeni sahibi" arasında mübahisə düşüb. Sakinlər məsələ ilə bağlı müvafiq orqanlara müraciət etsələr də problem hələ də həll edilməmiş qalıb. Lakin parkın ərazisində obyekt tikmək istəyən şəxs gecəykən oradakı bütün ağacları kəsdirib.

Məktəb və xəstəxanaların əraziləri tikinti meydanına çevrilib

Əziz Əzizov məktəb və xəstənalara məxsus əraziləri də hərraca çıxarıb. Artıq Azərbaycan Müəllimlər İnstitunun rayon filialının o cümlədən rayonda Astara Pedaqoji Texnikomunun əraziləri tikinti meydançasına çevrilib. 18 məktəbəqədər, 5 məktəbdənkənar tərbiyyə müəsissəsi, 126 ümumitəhsil məktəbinə məxsus ərazilərə də icra başçısı əl uzadıb. Hələlik bunlardan bir uşaq bağçasının ərazisi icra başçısının tamahının qurbanı olub. Bağçanın da yaxın günlərdə söküləcəyi deyilir. Rayonun Təcili Tibbi Yardım Stansiyasının arxa hissəsi təmamilə satılıb. Burada icra başçısı şadlıq evi tikdirməyi planlaşdırır. Əziz Əzizov rayonda fəaliyyət göstərən 94 kitabxananın yerləşdiyi yerləri də "gözaltı" edib. Yaxın günlərdə orda da obyektlərin tikintisinə başlanılacağı bildirilir.

İcra başçısı rayonun tarixi mədəniyyət irsini iranlılara satır

Cəlilabad rayonunda 50 tarixi-arxeoloji abidə mövcuddur. Onlardan eneolit dövrünə aid Əlikömtəpə və Mişarçay yaşayış yerləri, eramızdan əvvəl IV minilliyə aid Qurudərə yaşayış yeri, tunc dövrünə aid Yedditəpə kurqanları, eramızdan əvvəl III minilliyə aid Cinlitəpə yaşayış yeri, qədim Muğan və Bəcirəvan şəhərlərinin qalıqları, Qazan köşkü, Bəcirəvan kurqanları, Pirhəsən, Pirəxəncər, Zərdüşt daxmaları kimi tarixi abidələrin ərazilərindən Azərbaycana məxsus arxeoloji qazıntılar zamanı tapılmış tarixi sənət irsini İranlı iş adamlarına satıb.
Cəlilabadın mədəniyyət irsini lazımsız hesab edən Əziz Əzizov hazırda Çingizxan, Nadir şahın zamanında talan edilən rayonu yenidən darmadağın etməklə məşğuldur. İcra başçısı deyilənlərə görə, Cəlilabadın tarixinin üstündən xətt çəkməklə, bir neçə ay əvvəl arxeoloji qazıntılar zamanı orta əsrlərə aid tapılmış Sasani hökmdarına məxsus tarixi sənət irsini İranlı iş adamlarından birinə 500 min dollara satıb. Bunun üstünü ört-basdır etmək üçün Əziz Əzizov rayonda arxeoloji qazıntılara rəhbərlik edən şəxslərin biri ilə müəyyən pul müqabilində anlaşa bilib.

Cəlilabadda "reket" üsul idarəsi

Əziz Əzizov Cəlilabada icra başçısı təyin olunanda şəhərdə "at oynadan" bir qrup mafiozla işbirliyinə girərək onların vəsaitləri hesabına abadlıq işlərinə başlayıb. Əvəzində isə həmin şəxslərə qanunsuz əməllərini davam etdirmək üçün şərait yaradır. Cəlilabad "mafiozları" Kərəm Həsənov və onun qardaşı Malik Həsənov Əziz Əzizovun pula hərisliyindən istifadə edərək Cəlilabadı monopoliyaya alıblar. Rayonda obyektlərin əksəriyyəti adıçəkilən şəxslərə məxsusdur.
Yalnız bu adamlar Cəlilabadda sərbəst şəkildə bizneslə məşğul ola bilirlər. Digərlərinə isə süni manelər yaradılır. Onlardan külli miqdarda haqq tələb olunur vermədikdə hədələnir və yaxud da qondarma ittihamlarla həbs edilir.

Əziz Əzizovun "yerli mediası"

Əziz Əzizov "dolanışıq" naminə özü üçün rayonun "Yeni Gün" adlı yerli media qəzetini təsis edib. İcra başçısı həmin qəzet vasitəsilə rayonda idarə və müəsissələrdən gündəlik "rasxodunu" çıxarır. Arada isə həmin qəzet KİV-ə Dövlət Dəstəyi Fondunun təşkil etdiyi müsabiqələrdə qalib elan olunur. "Qazanılan" pullar isə təbii ki, Əziz Əzizovla tən yarı bölünür. Rayonda gəzən söz-sohbətlərə görə, icra başçısının nədənsə Günəşdən xoşu gəlir. Hər səhər Əziz Əzizov günəşin çıxmasını seyr edir. Rayonda gün olmayanda isə icra başçısının qanı qaralır. Görünür Əziz Əzizovun günəşə vurğun olması "Yeni Gün" və yaxud "Gün" qəzetlərinə "simpatiyasından" irəli gəlir. Ara-sıra həmin qəzetlərə icra başçısı şərait yaradır ki, rayonu çapıb-talasınlar. Amma bir şərtlə ki, onun maraqları qorunsun.
Məsələ üçün elə bu yaxınlarda Əziz Əzizovun Bakıdakı "Gün" qəzeti Cəlilabadda səfər edib. Bu qəzetin əlindən sözü gedən rayonun idarə və müəsissələri cana doyub. Hər dəfə bu qəzet rayona səfər edəndə puldan savayı "baqajnik" dolu ev heyvanları ilə paytaxta dönür. Bu barədə redaksiyamızı bilgiləndirən idarə müdürlərindən biri bildirir ki, "Gün" qəzetinin Cəlilabadda ildə bir neçə dəfə səfəri idarə və müəsissələrin soyğunçuluğuna gətirib çıxarır. Həmin qəzet rəhbərliyinə isə bir söz demək əməlli başlı müşkülə çevrilib. Çünki icra başçısı tapşırır ki, rayona gələn "Günəşlər" yola verilsin. Əks halda həmin media orqanında iftira dolu yazılar dərc edilə bilər. Bundan isə Əziz Əzizov məharətlə yararlanır. Elə bu səbəbdən bir müddət öncə "zavallı" Cəlilabaddın təhsil şöbəsinin müdiri Ədalət Əsgərov hədəfə gəlib. İcra başçısı Ədalət Əsgərovu yanına çağıraraq ondan 50 min dollar alıb.

İcra başçısının "donos" axtarışı

Cəlilabadda vəziyyət kritik həddə çatıb. Buna səbəb isə rayonda baş verən neqativ hallarla yanaşı, icra başçısı Əziz Əzizovun heç də xoşagəlməyən addımlarıdır. Bir tərəfdə narazı əhali, digər tərəfdə isə icra başçısının iddialı hikkəsi artıq heç də yaxşı olmayan gərginlik yaradıb.
Məlumatlara görə, Əziz Əzizov son dövrlər işdən çıxardığı şəxslərdən donos toplamağa başlayıb. Bunun başlıca səbəbi isə mətbuatda öz haqqında yayılmış məlumatların mənbəyini araşdırmaqdır. Hətta iş o yerə çatıb ki, icra başçısı işdən çıxardığı şəxsləri təhdid etməkdən belə çəkinmir. Bu yaxınlarda isə mətbuatda haqqında yazı çıxmış keçmiş məmurlardan biri hətta həbs təhlükəsi ilə üzləşib. Lakin Əziz Əzizov onunla danışaraq, özünü yığışdırmasını və əks təqdirdə, həbs oluna biləcəyini ona deyib. Bundan sonra isə həmin şəxs susmağa məcbur olub.
Amma Cəlilabadda vəziyyəti gərginləşdirən bir başqa məqam da var. Məlumatlara görə, Əziz Əzizovun özbaşınalıqlarından və rayonda çıxdığı oyunlardan Bakıda narazılıq yaradacağını bilən rəqibləri onun haqqında mərkəzə yetərli qədər məlumatlar ötürür, eyni zamanda, rayonda əhali arasında rəğbət qazanmaq üçün də çalışırlar. Onlardan biri isə elə icra başçısının birinci müavini Asif Əzizovdur.
Asif Əzizov bir müddətdir ki, icra başçısından gizli şəkildə özünə şərait yaratmağa başlayıb. Bir tərəfdən, Əziz Əzizov haqqında Bakıya məlumatlar ötürən müavin, digər tərəfdən də mərkəzdə özünə dayaq axtararaq, rayona icra başçısı gəlməyə çalışır. Hətta Asif Əzizov bu istiqamətdə özünə tərəfdar toplamaq üçün hərəkətə də keçib. O, Cəlilabaddakı idarə və müəsissə rəhbərləri ilə görüşərək, onların dəstəyini almağa çalışıb. Bəziləri müavinə "biət" etsələr də, digərləri Əziz Əzizovun qorxusundan bu məsələdə tərəddüd edərək düşünməli olduqlarını bildiriblər.

Fuad Nəzərli

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Cəlilabad İcra Hakimiyyətində «saraydaxili çəkişmə»

    Cəlilabad İcra Hakimiyyətində «saraydaxili ...

    21-12-2012, 12:49

  • 
  • Əziz Əzizovun Cəlilabad gestaposu

    Əziz Əzizovun Cəlilabad gestaposu ...

    15-12-2012, 14:14

  • 
  • Əziz Əzizov Cəbrayıl rayonunun işğalı günündə Cəlilabadın Göytəpə qəsəbəsində möhtəşəm konsert tədbiri keçirdi- VİDEOFakt

    Əziz Əzizov Cəbrayıl rayonunun işğalı günündə ...

    24-08-2015, 14:43

  • 
  • Cəlilabadın biznesmen icra başçısı...

    Cəlilabadın biznesmen icra başçısı... ...

    26-07-2014, 18:20

  • 
  • Cəlilabadın icra başçısı səyyar görüş keçirdi...

    Cəlilabadın icra başçısı səyyar görüş keçirdi... ...

    29-04-2016, 01:34


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu