Lerikin icra başçısının və YAP Lerik rayon təşkilatının sədr müavini Cəlil Baxşıyevin bir neçə gün öncə maşınla vurulması ilə bağlı məlumatlar yayılıb.
Virtualaz.org bildirir ki, Lerikdən olan bir neçə oxucunun azvision.az-a verdiyi xəbərə əsasən, Cəlil Baxşıyev İcra Hakimiyyətinin binasının qarşısından yolu keçərkən hərəkətdə olan “VAZ - 2106” markalı avtomobil tərəfindən vurulub. Lakin icra başçısının müavini məsələni şişirtməyib və problemi polisə xəbər vermədən, sürücü ilə öz aralarında həll edib.
Yayıllan xəbərlərdə C.Baxşıyevin ciddi xəsarət almadığı, lakin qəzadan sonra Lənkəran Diaqnostika Mərkəzində müayinə olduğunu qeyd olunub.
Sayt Cəlil Baxşıyevin özü ilə əlaqə saxlayaraq məlumatı dəqiqləşdirməyə çalışıb.
İcra başçısının müavini ilk əvvəl tərəddüd etsə də, xəbərin həqiqətə uyğun olmadığını deyib: “Bu, tamamilə yanlış xəbərdir. Məni nə maşın vurub, nə də belə hadisə baş verib. İndi mən sizinlə danışıramsa, deməli hər şey yaxşıdır”-deyə, C.Baxşıyev əlavə edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?