gundemxeber.az-a daxil olan məlumata görə Şimal bölgəsində sürücülər etiraz aksiyası keçirməyə cəhd etsələrdə bu mümkün olmayıbr. Bölgədəki mənbəmizin verdiyi məlumata görə Şabran rayonu ilə Quba rayonu ərazisində Dövlət Yol Polisinin əməkdaşı həmin rayondan olan sürücülərə qənim kəsilib. Redaksiyamıza müraciət edən narazı sürücülər bildirirlər ki, DYP Elşən adlı əməkdaşının əlindən maşın sürə bilmirlər. Bildirilir ki, 764 nömrəli maşınla hər gün Şabran rayonunun Günəşli kəndində özünə məxsus post quran Elşən adlı DYP əməkdaşı bütün sürücüləri saxlayaraq heç bir qanun pozuntusu olmadan hamıdan rüşvət tələb edir və rüşvət verə bilməyən sürücülərə səbəbsiz yerə protokol açıb böyük məbləğdə cərimə yazır. Şikayətçilərin dediyinə əsasən Elşənsürücü vəsiqəsi və içkili sükan arxasında avtomobil idarə edənlərə də krişalıq edir. Həmin şəxslər də ona aylıq verib yaxşılığı əvəzləyirlər. Daxil olan məlumatlarda bilidilir ki, Elşən adlı DYP əməkdaşı Günəşli kəndi ərazisində gizli yerdə mülki maşında radar quraşdırır və beləcə "öz pulyığma" kompaniyasını aparır. Redaksiyamıza müraciət edən sürücülər bildirlər ki, bu qanunsuzluqa və Elşən adlı DYP işçisinin rüşvətxor əməllərinə son qoymaq üçün etiraz olaraq Bakı-Quba yolunu kəsməyə cəhd də etmişlər. Məsələ ilə əlaqədar adiyyatlı qurumlarla əlaqə saxlasaqda məsələyə münasibət bildirirən tapılmadı. Saytın əməkdaşlarının əldə etdiyi məlumata görə hazırda bir neçə sürücü etiraz əlaməti olaraq maşınlarla yolu kəssə də mümkün müdaxilədən sonra bu narahatlıq aradan qaldırılmışdır. Redaksiyamızla əlaqə saxlayan sürücülər bildirilər ki, etiraz aksiyasını ona görə keşirmək istəyirlər ki, 764 nömrəli DYP maşını ilə gəzən Elşən adlı DYP işçisi həmin ərazidən uzaqlaşdırılsın və rüşvətxor əməllərinə son versin. Onu da qeyid edək ki, adı çəkilən DYP əməkdaşı heç nədən çəkinməyərək ona Ramiz Zeynalovun və Balakişi Əhmədovun kirişalıq etdiyini və yığdığı rüşvətin 80 faizinin onlara çatdırıldığını deyir. Onun dediyinə görə- "əgər belə olmasaydı vaxtında maaşımızı və sürdüyümüz maşını yanacağını, yazılan protakollarrdan gələn pulları bizə verərdilər. Bu səbəbdən də bizim komandirimiz bizləri istisimar edir". Bu sözləri deyən DYP əməkdaşı Elşən yaşadığı rayonda yaxınlıq etdiyi sürücü dostuna yeyib -içən zaman dərdini açmışdır... Mən də yeyib içəndən çox söz deyirəm-red. Mövzu diqqətmizdədir... Adı çəkilən EAlşən adlı DYP işçisinin rüşvət alan video görüntülərini redaksiyamıza göndərilib. Həmin görüntülər hazırlanaraq sizlərin diqqətinə çatdırılacaq.Bizi izləyin
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?