19.07.2014-cü il tarixdə Bakı-Qazax yolunun Zazalı Postunun əməkdaşı böyük yol müfəttişi Zakir Quliyev 1968-ci il təvəllüdlü Bakı Şəhər sakini olan Shacman aftomobilinin sürücüsü Saməddin Həsənovun aftomobilini saxlatmış və onu Afiq adli DYP işçisi ilə birləşərək döymüş,sürüciyə ciddi xəsarət yetirmişlər.Gözü dönmüş DYP-əməkdaşlarının əlindən güclə qaçıb canını qurtaran sürücü Saməddin Həsənov Goranboy rayon prokrorluğuna gələrək döyülməsi ilə bağlı şikayət ərizəsi vermişdir.Prokrorluğun məktubu əsasında tibbi ekispertizadan keçən Saməddin Həsənova ekispertiza ciddi fiziki xəsarət yetirilməsi haqqında rəy vermişdir.Bundan sonra prokrorluq sürücüdən hadisə ilə bağlı izahat almış və cinayət işi başlatmışdır.Əldə etdiyimiz məlumata görə DYP-əməkdaşı, polis baş leytinantı Zakir Quliyev əvvəllərdə bir neçə dəfə qərəzli şəkildə Shacmanın sürücüsü Saməddin Həsənovu saxlamış və ona heç bir səbəb olmadan yüksək məbləğli cərimələr yazmışdir.Bakı sakini olan Saməddin Həsənov Goranboy rayonunda gipis daşımaqla ailəsinə çörək pulu qazanırmış. Zərərçəkmiş DYP-əməkdaşının özbaşınalığı ilə bağlı Daxili İşlər Naziri Ramil Usubovada teleqramla müraciət etmişdir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?