GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Mərkəzi Neftçilər Xəstəxanasında “pul tələsi”

Mərkəzi Neftçilər Xəstəxanasında “pul tələsi”

Tarix: 26-11-2013, 22:43 Bölmə :Ölkə Baxış: 2 228
Mərkəzi Neftçilər Xəstəxanasında “pul tələsi”
Ürək və damar xəstəlikləri mərkəzinin rəhbəri Rəşad Mahmudov əməliyyat üçün məcburi köçkündən 10 min manat istəyib

“Biz elə bir vəziyyət yaratmalıyıq ki, buna ehtiyac olmasın. Azərbaycanda ən yüksək tibbi xidmət, ən yüksək peşəkarlıq olmalıdır. Mən əminəm ki, birgə səylər, həm dövlət tərəfindən aparılan siyasət, yeni tibb ocaqlarının yaradılması, müasir avadanlığın mövcudluğu və həm də həkimlərin peşəkarlığı, təkmilləşməsi bizi bu məqsədə nail olmağa gətirib çıxaracaqdır». Bu sözləri bir neçə ay öncə səhiyyə işçiləri ilə keçirdiyi görüş zamanı ölkə prezidenti İlham Əliyev bildirmişdi.

Prezidentin də söylədiyi kimi, bu gün imkanlı şəxslərin çoxu müalicə üçün xarici ölkələrə üz tuturlar. Ölkədə səhiyyə sisteminin inkişafına dövlət dəstəyinin artırıldığı bir dövrdə vətəndaşlarımızın bir hissəsinin xaricdə müalicəyə yollanması bəzi məqamlardan xəbər verir. Daha dəqiq desək, onların yerli səhiyyə sisteminə inamsızlığını ifadə edir. Əslində, müalicə üçün xarici ölkələrə gedən insanları qınamaq düzgün deyil. Bir halda ki, yerli xəstəxanalarda adi burun-boğaz əməliyyatı üçün həkimlər xəstədən 1500 manat tələb edirlər, nəyə görə də vətəndaşlarımız xaricə getməsin? Uzun sözün qısası, hazırda Azərbaycanda fəaliyyət göstərən dövlət və özəl səhiyyə ocaqlarında qiymətlər od tutub yanır. Yarım əsrdən çoxdur fəaliyyətdə olan Mərkəzi Neftçilər Xəstəxanasında da səhiyyə bərbad vəziyyətdədir. Zəngilan rayonundan məcburi köçkün düşən, uzun müddət dövlətə və dövlətçiliyə sədaqətlə xidmət edən, ömrünün çox hissəsini hərbi sistemə həsr etmiş, Qarabağ döyüşlərində igidlik göstərmiş Cəfər Həsənəliyev Tia.az- a etdiyi şikayətdə bildirdi ki, Mərkəzi Neftçilər Xəstəxanasında həkimlər xəstələrə açıq-aşkar qazanc gözündə baxırlar: «Ürəyimdə yaranan problemlə bağlı olaraq xəstəxanaya müraciət etdim. Mərkəzi Neftçilər Xəstəxanasının ürək və damar xəstəlikləri mərkəzinin rəhbəri Rəşad Mahmudovun yanına getdim. Burda məni müayinə edəndən sonra bildirdilər ki, əməliyyat olunmalısan. Sağlamlığımın bərpası üçün əməliyyata razılıq verdim və Rəşad həkim məni köməkçilərinin yanına göndərdi. Əməliyyatın qiyməti ilə maraqlananda şoka düşdüm. Həkimlər dedilər ki, ilkin olaraq 8500 manat ödəməliyəm. Əlavə olaraq da 1500 manat tələb etdilər. Bir sözlə, ürək əməliyyatı üçün məndən 10 min manat pul istədilər. Məcburi köçkündə bu qədər pul hardandır?».

Maddi durumunun Azərbaycanda əməliyyat olunmasına imkan vermədiyini deyən Cəfər müəllim qeyd etdi ki, dərdinə çarə tapmaq məqsədilə Ukraynaya yollanıb: «Kiyev Kardiologiya Mərkəzində müayinədən keçdim. Burda gördüyüm mənzərə mənə müsbət mənada çox yaxşı təsir etdi. Mərkəzdə Ukrayna vətəndaşlarının ürək əməliyyatı üçün sadəcə 300 ABŞ dolları lazımdır. Xarici vətəndaşlar isə 5000 dollar ödəməlidir. Mərkəzi Neftçilər Xəstəxanasındakı qiymətlər bura ilə müqayisədə qat-qat bahadır. Bizim səhiyyəmizi yaman günə qoyanlar Rəşad Mahmudov kimi həkimlərdir». Qeyd etməliyik ki, Azərbaycanla müqayisədə Ukraynanın səhiyyə sistemi çox inkişaf edib. Əgər burda ürək əməliyyatı üçün yerli vətəndaşlardan 300 dollar istənilirsə, bizdə nəyə görə qiymətlər bahadır? Səhiyyə naziri Oqtay Şirəliyev niyə bu məsələlərə öz münasibətini bildirmir?

Tutaq ki, birinin 10 min manatı yoxdur, yıxılıb ölməlidir..? Pulu olmayanı əməliyyat etmirlər, Oqtay Şirəliyev, Rəşad Mahmudov? Mərkəzi Neftçilər Xəstəxanasının ürək və damar xəstəlikləri mərkəzinin rəhbəri Rəşad Mahmudovun maddi durumu yaxşı ola bilər. Amma hamı onun kimi varlı deyil. 10 min manatı heç kim çöldən yığmır. Kasıb insanlar isə ümumiyyətlə, heç vaxt bu məbləği bir yerdə görməyiblər. Yaxşı olardı ki, xəstəxananın baş həkimi Leyla Seyidbəyova bu kimi hallara diqqət yetirsin, vətəndaşlarımızı müayinə üçün xaricə getməyə məcbur edən Rəşad Mahmudov kimi həkimləri cəzalandırsın. Gələn saylarımızda daha tükürpədici faktları dərc edəcəyik. Heç kim bizdən inciməsin. Bizi izləməyi unutmayın.

Qarşı tərəfin də cavab haqqını tanıyırıq.

Şahin
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Səhiyyə Nazirliyi həkimlərin günahını təsdiqlədi

    Səhiyyə Nazirliyi həkimlərin günahını təsdiqlədi ...

    27-12-2013, 10:44

  • 
  • Xaricdə təhsil alanlara test olmayacaq

    Xaricdə təhsil alanlara test olmayacaq ...

    28-06-2016, 16:03

  • 
  • Nazirlik yeni iş yerləri açacaq

    Nazirlik yeni iş yerləri açacaq ...

    27-10-2015, 15:45

  • 
  • Oqtay Şirəliyevin həkimləri Sabirabad sakinini intihara vadar edir

    Oqtay Şirəliyevin həkimləri Sabirabad sakinini ...

    17-01-2014, 12:38

  • 
  • Azərbaycanda ən çox ölüm gətirən xəstəliklər - Dünya üzrə ilk “5-lik”dəyik

    Azərbaycanda ən çox ölüm gətirən xəstəliklər - ...

    19-11-2013, 00:32


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu