Səhiyyə Nazirliyi Kollegiyası «Səhiyyə müəssisələrində həkimlərin müsabiqə yolu ilə mərkəzləşdirilmiş qaydada işə qəbulu Qaydaları»nda dəyişikliklər edib.
Xəbəri nazirlik yayıb.
Xəbərə görə, bu dəyişikliklər nazirliyin tabeliyindəki səhiyyə müəssisələrində vakant vəzifələrə həkimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu qaydalarını müəyyən edir.
Səhiyyə müəssisələrində vəzifələrə qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanı və müsahibədən ibarətdir. Bu qaydalar səhiyyə müəssisələrinin rəhbərləri və onların müavinlərinə, struktur bölmələrinin rəhbərlərinə şamil edilməyib. Dəyişikliyə əsasən, bundan sonra dövlət proqramı ilə xaricdə təhsil almış şəxslərin də müsabiqədən keçməsinə ehtiyac görülməyəcək.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?