Avtobus yük maşını ilə toqquşduqdan sonra yol kənarında dayanan piyadanı da vurub
Hadisə Ağstafadakı dəhşətli qəzanın təfərrüatları məlum olub. KamAZ"la mikroavtobusun toqquşması nəticəsində 9 nəfər xəsarət alıb. Hadisə Bakı-Qazax avtomobil yolunun 450 cı kilometrliyində rayonun Göycəli kəndi ərazisində qeydə alınıb. Bakıdan Qazax istiqamətində hərəkətdə olan "KamAZ" markali yük maşıni əks istiqamətdə paytaxta sərnişin daşıyan "Mercedes sprinter"lə toqquşub . Hadisə şahidlərinin bildirdiklərinə görə, "KamAZ"ın qabaq təkəri partladiğından sürücü idarəetməni itirərək maşını qarşı yola keçirib. Bu zaman maşın mikroavtobusla toqquşub. Hadisə şahidlərindən biri Sənan Nağıyev bildirir ki, "KamAZ"ın təkəri partlayıb avtobusun qabağına çıxıb və onlar toqquşaraq arxın içinə düşüb. Avtobusun içərisində isə sərnişinlər olub.
Avtobus arxa düşərkən yol kənarında dayanan iki piyadadan birini, Niyaməddin Musayevi də vurub. Hadisə nəticəsində 34 yaşlı Niyaməddin Musayev və mikroavtobusun sürücüsü 41 yaşlı Qazax rayon Xanlıqlar kənd sakini Musatafayev Mətləb Əmiraslan oğlu dünyasını dəyişib. Digər Xilas edilən 7 yarali dərhal ətrafda olanlarin köməyi ilə rayon mərkəzi xəstəxanasina catdiriliblar. Xəstəxananın həkim cərrahı Teyyub Carçıyevin sözlərinə görə, xəsarət alanlardan biri Nəsibova Sevinc reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır. Yaralılardan digərinin bud nahiyyəsindən qırıqları var.
Xəstələrdən Səmədzadə Səməd isə yardim aldıqdan sonra Tovuz rayon xəstəxanasına yerləşdirilib. Digər 4 xəstənin xəsarətləri yüngül olduğundan onlara ilkin ambulator yardım göstərildikdən sonra evə buraxilib. Qəza baş verən yerə Ağstafa rayon prokuroru və digər vəzifəli şəxslər də gəlib. Fakt BDYP xidməti tərəfindən araşdırılır.
***19.40
Ağstafa rayonuda ağır yol qəzası baş verib. Bu gün axşam saatlarında sərnişin mikroavtobusu "KamAZ" markalı yük maşını ilə toqquşub. Qəza zamanı mikroavtobusda olan 8 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Avtobus yük maşını ilə toqquşduqdan sonra yol kənarında dayanan piyadanı da vurub.
Qəza nəticəsində ilkin məlumata görə, 2 nəfər ölüb. Hələlik onların adları bəlli deyil. Digər yaralılar isə mərkəzi rayon xəstəxanasına çatdırılıblar.
Rayonun hüquq mühafizə orqanı əməkdaşları ilə birgə prokuror da hadisə yerinə yollanıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?