Bakı-Qazax magistralının 204 km-də Kürdəmir rayonun Qarabucaq kəndi ərazisində iki yük maşını toqquşub. Kürdəmirdən Bakı istiqamətində hərəkətdə olan Laçın rayon Sirahlı kənd sakini, 40 yaşlı Mahir Siraqov idarə etdiyi “Mercedes” markalı ağır tonnajlı yük maşını ilə 100-dən çox iri və xırdabuynuzlu heyvan apararkən qəflətən əks istiqamətdən gələn Şirvan rayon sakini 54 yaşlı Abxan Əliyevin idarə etdiyi nar yüklənmiş “Kamaz” markalı yük maşınının qarşısına çıxıb.
Hadisə nəticəsində “Mercedes” markalı yük maşının sürücüsü Mahir Siraqov müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti orta ağır kimi qiymətləndirilir. Maşında olan 100 baş iri və xırda buynuzlu heyvandan 65-i tələf olub.
Şahidlərin sözlərinə görə, hadisənin baş verməsinə səbəb “Kamaz” markalı yük maşının sürücüsünün qəflətən idarəetməni itirməsi və “Mercedes”in qarşısına çıxmasıdır.
Baş Dövlət Yol Polisi İdarəsində faktla bağlı araşdırma aparılır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?